18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
Kino şirkətlərinin müqaviləsi kütləvi etirazla qarşılanıb
Tarix: 27-10-2025 07:51 | Bölmə: Mədəniyyət
Kino şirkətlərinin müqaviləsi kütləvi etirazla qarşılanıb

ABŞ Ssenaristlər Gildiyası Hollivudun ən məşhur şirkətləri sayılan "Warner Bros." studiyası ilə "Paramount"un birləşməsinə qarşı çıxıb. Məşhur kino şirkətlərinin yeni razılaşmasına etiraz edən Ssenaristlər Gildiyası bəyan edib ki, təşkilat etiraz əlaməti olaraq "Paramount" və "Warner Bros. Discovery" kino şirkətlərinin birləşmə proseslərini bloklamağa hazırlaşır.

Reyting.az
-ın məlumatına görə, Gildiyanın bəyanatında qeyd olunur ki, nəhənglər arasındakı bu cür sazişlər kinoda rəqabəti azaltmağa xidmət edir, yaradıcı azadlıqları məhdudlaşdırır və nəticədə kino sənayesinə təhlükə yaradır.

Ssenaristlərin fikrincə, iki böyük kinostudiyanın birləşməsi təkcə hakimiyyətin güclənməsinə deyil, həm də Hollivudda maliyyənin azsaylı korporasiyaların əlində cəmləşməsinə gətirib çıxaracaq. Bu isə müstəqil layihələr və gənc müəlliflər üçün imkanların azalması ilə nəticələnə bilər.

"Paramount" kino şirkəti ikinci dəfədir ki, satınalma təklifini rədd etsə də, "Warner Bros." kinostudiyasına maraq göstərənlərin sayı artmaqdadır. "Netflix", eləcə də "Comcast" kimi böyük ABŞ şirkətlərinin adları da bu siyahıda yer alır.

Məlumata görə, Hollivud tarixində mühüm yenilik sayılan bu böyük saziş hələ baş tutmayıb. Buna səbəb birləşməyə qarşı çıxanların - xüsusilə ABŞ Ssenaristlər Gildiyasının, Həmkarlar İttifaqının, eləcə də bəzi kino aktyorları və rejissorların sərt etirazlarının hələ səngiməməsidir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər