15:19 / 27-10-2025
Sel olacaq - Xəbərdarlıq
İki məşhurun rəsm əsəri satışa çıxarılıb - Fotolar
Tarix: 27-10-2025 14:40 | Bölmə: Mədəniyyət
İki məşhurun rəsm əsəri satışa çıxarılıb

Dünya şöhrətli rəssam Pablo Pikassonun 80 ildən çox gizlində qalan, itdiyi güman edilən "Gül naxışlı şlyapalı qadın büstü" tablosu üzə çıxıb. Bu rəsm əsəri Fransada keçirilmiş "Drouot" hərracında 32 milyon avroya alınıb. Bu qiymətli əsər 1944-cü ildən bəri şəxsi kolleksiyada saxlanılıb.

Reyting.az
xəbər verir ki, fransız rəssam İv Klyenin "Kaliforniya" adlı monoxrom rəsm əsəri "Christies" hərraca çıxarılıb və 18,4 milyon avroya satılıb.

1961-ci ildə Parisdə yaradılmış və ilk dəfə satışa çıxarılan bu tablo iki metr hündürlüyündə, eni isə dörd metrdən artıqdır və mavi düzbucaqlıdır. Əsər rəssamın əsas və ən yaxşı işlərindən biri sayılır.

Pikassonun və Klyenin müəllifləri olduğu rəsm əsərlərinin alıcılarının adları öncədən razılaşdırıldığı kimi anonim saxlanılıb.






Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər