07:48 / 21-10-2025
Ruslar Xarkova hücum edib
Yeni "Odisseya" filmi "Avatar 3" vasitəsilə tanıdılacaq - Fotolar
Tarix: 21-10-2025 11:34 | Bölmə: Mədəniyyət
Yeni "Odisseya" filmi "Avatar 3" vasitəsilə tanıdılacaq

Amerikalı məşhur rejissor Kristofer Nolan tərəfindən yeni lentə alınmış "Odisseya" filmi ABŞ tamaşaçılarına bu ilin dekabr ayında təqdim ediləcək. Nolanın bu treyleri Hollivudun digər bir məşhuru, dünya şöhrətli amerikalı rejissor Ceyms Kemeronun çəkdiyi "Avatar 3: Od və kül" adlı ekran əsərinin nümayişindən əvvəl kinoteatrlarda göstəriləcək.

Reyting.az
-ın məlumatına görə, Hollivudun kino ulduzu Mett Deymonun baş rol aldığı, 250 milyon dollarlıq büdcə ilə ərsəyə gələn bu layihənin əsas çəkiliş mərhələsi yeddi ay davam edib.



Kristofer Nolan operator Hoyte van Hoytema ilə əməkdaşlığını davam etdirir və film üçün yeni "IMAX" kameraları hazırlanıb. Layihəyə maraq böyükdür və buna görə, 70 mm "IMAX" formatındakı biletlərin 25 minə yaxını artıq satılıb.

Antik Yunan şairi Homerin mətnlərindən ilhamlanmış rejissor Nolanın lentə aldığı "Odisseya" filmi üç saatdan artıq davam edəcək.

Kristofer Nolanın ilk dəfə təqdim edəcəyi bu yeni "Odisseya" filmində məşhur Mett Deymon, Tom Holland və Enn Heteueylə yanaşı, Zendaya, Lüpita Nionqo, Robert Pattinson, həmçinin Şarliz Teron və digər tanınmış oyunçular rol alıb.



Filmin dünya nümayişi isə 2026-cı ilin 17 iyulunda baş tutacaq.

Xatırladaq ki, "Odisseya"-nın çəkilişləri 2024-cü ildə başa çatsa da, yaradıcı heyət post-prodaksiya işlərinin 2025-ci ilin iyun ayına qədər davam edəcəyini bildirmişdi.



Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər