23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Respublika Günü münasibətilə viktorina elan edilib - Foto
Tarix: 21-05-2020 16:09 | Bölmə: Mədəniyyət
Respublika Günü münasibətilə viktorina elan edilib

F. Köçərli adına Respublika Uşaq Kitabxanası 28 May - Respublika Günü ilə bağlı ailəvi onlayn viktorina elan edib.

Reyting.az
xəbər verir ki, viktorina zamanı iştirakçılara 50 sual təqdim olunacaq. Qalib ailəyə kitabxana tərəfindən dünya və Azərbaycan ədəbiyyatından 5 kitab hədiyyə olunacaq.

Viktorinanın keçirilməsində məqsəd “Birlikdə düşünək, birlikdə tapaq” devizi ilə valideynlərin övladları ilə evdə qaldıqları müddətdə suallara birgə cavab tapmasıdır.

Nəticələr kitabxananın sosial şəbəkələri vasitəsilə açıqlanacaq.

Respublika Günü münasibətilə viktorina elan edilib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}