Dünya şöhrətli iki aktyor yeni çəkilişdə... - Fotolar
Tarix: 16-10-2025 10:27 | Bölmə: Mədəniyyət
Dünya şöhrətli iki aktyor yeni çəkilişdə...

Hollivudun dünya şöhrətli iki aktyoru, 82 yaşlı Robert De Niro və 85 yaşlı Al Paçino yenidən bir araya gəliblər. Bu dəfə onlar filmdə, yaxud da hansısa serialda çəkilmək üçün dəvət almayıblar. Hollivud əfsanələri birlikdə "Moncler" şirkətinin markasının yeni reklam kampaniyasında çəkiliblər.

Reyting.az
xəbər verir ki, "Birlikdə daha isti" şüarı altında hazırlanmış bu kampaniya dostluğu, birliyi, səmimiyyəti və istiliyi simvolizə edir.

Robert De Niro videoda "İstilik heç vaxt xaricdən gəlməyib, o, hər zaman içimizdə olub",- söyləyir.



Məşhur Al Paçino əlavə edib: "Dostluq ən böyük dəyərdir. Dostlar - səninlə eyni dünyanı bölüşən insanlardır".

"Moncler"-in baş direktoru Remo Ruffini bildirib ki, gerçək həyatda da bu iki kino ulduzunun uzunömürlü dostluğu şirkətin əsas dəyərlərini - sevginin, həmçinin isti münasibətin, sınaqdan çıxmış sarsılmaz birliyin ruhunu əks etdirir.

Kampaniya qara-ağ rəngli fotolar, eyni zamanda "Lean On Me" mahnısının yeni versiyası ilə müşayiət olunan maraqlı bir video ilə təqdim edilib.



Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər