"Ouşenin 14 dostu" filminin çəkilişlərinə başlayırlar
Tarix: 09-10-2025 16:12 | Bölmə: Mədəniyyət
"Ouşenin 14 dostu" filminin çəkilişlərinə başlayırlar

Məşhur ekran əsərinin qəhrəmanları olan əfsanəvi soyğunçular komandası yenidən bir araya gəlir. Hollivudun ulduz aktyoru Corc Kluni Nyu-York Kino Festivalında "Ouşenin 14 dostu" filminin rəsmi olaraq istehsalına başalanıldığını təsdiqləyib.

Reyting.az
xəbər verir ki, bunu "World Of Reel" nəşri yazıb.

Kluni bildirib ki, "Warner Bros." studiyası layihə üçün büdcəni təsdiqləyib və filmin çəkilişləri təxminən 9-10 aya başlayacaq.

Kluni əvvəlki hissələrdə çəkilmiş digər ulduzların - Bred Pittin, Mett Deymonun, Don Çidlin və Culiya Robertsin yenidən öz rollarına qayıdacağını deyib.

Lakin bu layihənin əsas problemi filmin rejissor məsələsidir. Səbəb məşhur trilogiyanın rejissoru Stiven Soderberqin yenidən geri dönmək istəmədiyini bəyan etməsi olub.

Qeyd olunur ki, artıq Hollivudun digər bir məşhuru ilə, rejissor Devid Liçin namizədliyi haqqında dolaşan söz-söhbətlər, onunla aparılmış danışıqlar kino şirkətin bu problemi qısa zamanda həll edəcəyindən xəbər verir.

Xatırladaq ki, ilk dəfə 2001-ci ildə nümayiş olunmuş və ABŞ-da, eləcə də xaricdə böyük tamaşaçı kütləsi toplayan "Ouşenin 11 dostu" filmi kriminal janrın klassikasına çevrilmişdi.

Konkret tarix açıqlanmasa da, növbəti filmin yaxın illərdə tamaşaçılara təqdim olunacağı gözlənilir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər