“Ceyms Bond” filmləri silahsız təqdim olunub
Tarix: 14-10-2025 08:48 | Bölmə: Mədəniyyət
“Ceyms Bond” filmləri silahsız təqdim olunub

"Amazon" şirkətinin platforması 5 Oktyabr - Ceyms Bond Günündə "Ceyms Bond" filmlərinin posterlərindən silahları götürüb.

Reyting.az
"The Verge" nəşrinə istinadla bildirir ki, məşhur filmin azarkeşlərinin kütləvi tənqidlərinə tuş gələn "Amazon" geri çəkilməyib və öz posterlərini yeniləyib. Şirkət onları müxtəlif zamanlarda lentə alınmış filmlərdən götürülən kadrlarla əvəzləyib. Artıq bu şəkillərdə qəhrəmanların əlində silah yoxdur.

Hazırkı görüntülərə adət etməyən azarkeşlər şirkəti həm silahların çıxarılmasına, həm də posterlərin keyfiyyətsiz görünməsinə görə tənqid ediblər.

Tənqidlərdən sonra "Amazon" səssizcə və bir daha posterləri dəyişib - indi onların yerində filmlərdən kadrlar olsa da, artıq bu şəkillərdə silah görünmür.

"Amazon" məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Şirkət isə hazırda Denni Vilnövün rejissoru olduğu, Stiven Naytın ssenarisi ilə növbəti dəfə "Ceyms Bond " filminin üzərində işləyir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər