Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri bəlli olub - Siyahı
Tarix: 16-07-2021 21:54 | Bölmə: Mədəniyyət
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri bəlli olub

Bu gün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya (İŞ) seçkilərin ikinci mərhələsi keçirilmiş, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 8 namizəd İctimai Şuranın üzvü seçilib.

Reyting.az
Mədəniyyət Nazirliyinə istinadla xəbər verir ki, aşağıdakı şəxslər İŞ-nin üzvləridir:

Abdulova Cəmilə Çingiz qızı - “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi

Qədirov Şahin Kərim oğlu - “Zirvə” mədəniyyət və incəsənət İctimai Birliyi

Mustafayeva Samirə Vəli qızı - “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi

Nəsibova Bəsti Mahmud qızı - “Gələcəyə baxış” Avropaya İnteqrasiya İctimai Birliyi

Rəhimli Davud Səid oğlu - “Əlil Təşkilatları İttifaqı”

Verdiyeva Bəyimxanım İsfəndiyar qızı - Xan Şuşinski Fondu

Yolçuyev Əkbər Mehdi oğlu - Dünya gənc türk yazarlar birliyi

Zeyni Rauf Xurşud oğlu - “Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu

Xatırladırıq ki, 13 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin birinci mərhələsi keçirilib. Həmin vaxtı səs çoxluğu ilə Əlibəyov Gəray Ayaz oğlu ("Mədəni İnkişaf Mərkəzi" İctimai Birliyi) İctimai Şuranın üzvü seçilib.

Hər iki seçkinin nəticəsi olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya ümumilikdə 9 üzv seçilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}