23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Lənkəran teatrı İranda keçiriləcək mistik teatr festivalına hazırlaşır - Fotolar
Tarix: 01-08-2022 17:04 | Bölmə: Mədəniyyət
Lənkəran teatrı İranda keçiriləcək mistik teatr festivalına hazırlaşır

Lənkəran Dövlət Dram Teatrı İranda keçiriləcək “Sahibdelan” 12-ci Beynəlxalq mistik teatr festivalında Azərbaycanı təmsil edəcək. Bu barədə Reyting.az-a teatrın direktoru Tofiq Heydərov məlumat verib. Onun sözlərinə görə, bu nüfuzlu sənət yarışması cari ilin dekabrında İran İslam Respublikasının paytaxtı Tehran şəhərində reallaşacaq. Lənkəran teatrı festivala “Haqqın 44 günü” tamaşası ilə qatılmağı nəzərdə tutub.

Əsərin müəllifi kollektivin baş rejissoru Anar Babalıdır. Müəllifin quruluş verdiyi səhnə əsəri Vətən müharibəsində 44 gün ərzində qazanılan böyük zəfərdən bəhs edir.

Tamaşada 30 il ərzində Qarabağ torpaqlarında baş verən erməni özbaşınalıqları, törətdikləri vəhşiliklər və xalqımızın igid oğullarının Vətən sevgisi, döyüşlərdə göstərdikləri şücaət öz əksini tapıb.

Teatrın gənc aktyorlarından Sayad Əliyev, Emil Rzayev, Gülər Kərimova, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimov, Teymur Hacızadə və Günel Abbaszadə Müzəffər Ordumuzun əzmkarlıq nümayiş etdirərək 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızı cəmi 44 gün müddətində düşmən tapdağından xilas etməsinin sevincini sənətkarlıqla canlandırırlar.

Tamaşanın quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}