15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
Məşhur aktyor kino karyerasını bitirmək istəyir
Tarix: 17-04-2025 11:27 | Bölmə: Mədəniyyət
Məşhur aktyor kino karyerasını bitirmək istəyir

"Oskar" mükafatı laureatı, kinoaktrisa, ssenarist və aparıcı prodüser Keyt Blanşett kino sahəsini tərk etməyi düşünür.

Reyting.az
-ın məlumatına görə, avstraliyalı aktrisa "Radio Times"-a müsahibəsində deyib ki, hər dəfə bunu söyləyəndə ailəsi gözlərini yumsa da, amma bu, tamamilə həqiqətdir.

K. Blanşett bildirib ki, aktyorluq karyerası bitirmək istəyir, səhnə həyatı əziz olsa da.

Bu yaz aktrisa London teatrı səhnəsində "Qağayı" pyesinin yeni quruluşunda əsas rol alıb və Arkadina obrazını canlandırıb.

K. Blanşett həm də Hollivud rejissoru Stiven Soderberqin "Qara çuval" adlanan casus trillerində də rol alıb.

Bu ilin sonuna qədər isə məşhur kino və teatr aktrisası Blanşettin iştirakı ilə rejissor Cim Carmuşun yeni lentə aldığı film, "Ata, ana, bacı, qardaş" ailə dramı ekranlara çıxacaq.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər