Xalq artistinin qızı: "Həkimlər atamın ciyərlərində problem olmadığını deyir"
Tarix: 02-09-2022 10:26 | Bölmə: Mədəniyyət
Xalq artistinin qızı: "Həkimlər atamın ciyərlərində problem olmadığını deyir"

Azərbaycanın Xalq artisti Ənvər Həsənovdan yenidən COVID-19 testi götürüləcək.

Reyting.az x
əbər verir ki, bu barədə "Report"a Xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, təkrar koronavirus testinin götürülməsinin səbəbi həkimlərin rəyi ilə atasının maqnit rezonans tomoqrafiya (MRT) müayinəsindən keçməsinin zəruriliyi ilə əlaqədardır:

A.Həsənova Xalq artistinin vəziyyətinin hazırda sabit olduğunu bildirib. O qeyd edib ki, atasının saturasiyası hazırda normaldır: "Həkimlər atamın ciyərlərində problem olmadığını deyir. Vəziyyətinin özünə gəlməsi üçün hələ ki, lazım olan şəkər səviyyəsinin normal həddə gətirilməsidir".

Qeyd edək ki, bir neçə gün öncə səhətində problemlər yaranan Ə.Həsənov xəstəxanaya yerləşdirilib. O, öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəyə cəlb olunub. Aktyordan koronavirusla əlaqədar götürülən test analizinin nəticəsi pozitiv çıxıb.

72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər