Xalq artisti Vaqif Abutalıbov vəfat edib
Tarix: 17-09-2022 10:26 | Bölmə: Mədəniyyət
Xalq artisti Vaqif Abutalıbov vəfat edib

Azərbaycanın Xalq artisti Vaqif Abutalıbov vəfat edib.

Məlumata görə, V.Abutalıbov dünən 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, 16 yaşından truba ifaçısı kimi müxtəlif musiqi birliklərində çalışıb. V.Abutalıbov yaradıcılığa Tofiq Əhmədovun rəhbərlik etdiyi musiqi ansamblından başlayıb, sonra fəaliyyətini “Qaya” vokal-instrumental ansamblı ilə davam etdirib.

Onun yaradıcılığının ən parlaq dövrü Rəşid Behbudovun rəhbərlik etdiyi ansamblın fəaliyyəti ilə bağlıdır. V.Abutalıbov dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini tanıtma missiyasına layiqincə xidmət edib.

Qeyd edək ki, V.Abutalıbov Ulu öndər Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist və Xalq artisti fəxri adlarına layiq görülüb.

Mərhum sentyabrın 17-də Yasamal qəbiristanlığında torpağa tapşırılacaq/Oxu.az.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}