19:14 / 18-10-2025
İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib - Fotolar
18:04 / 18-10-2025
Rusiyalı bloqer evində ölü tapılıb
16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
16:15 / 18-10-2025
ANAMA sədrinə I müavin təyin olunub
16:01 / 18-10-2025
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
11:54 / 18-10-2025
İlham Əliyev “Kazinform”a müsahibə verib
11:14 / 18-10-2025
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
10:26 / 18-10-2025
Mehriban Əliyeva: "Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi..." - Foto
09:13 / 18-10-2025
Premyer Liqa: Bu gün daha iki görüş baş tutacaq
00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ evdə görüşüblər - Yenilənib
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17:16 / 17-10-2025
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
16:57 / 17-10-2025
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
16:46 / 17-10-2025
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
16:20 / 17-10-2025
Departament rəisi vəzifədən azad edilib
16:14 / 17-10-2025
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib
16:00 / 17-10-2025
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
15:30 / 17-10-2025
Ramiz Mehdiyev 7 saat dindirilib?
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

17:37 / 15-10-2025

14:10 / 16-10-2025

22:14 / 14-10-2025

13:21 / 15-10-2025

16:01 / 18-10-2025

13:05 / 16-10-2025

11:33 / 16-10-2025

23:49 / 15-10-2025

11:59 / 15-10-2025

16:15 / 18-10-2025

Bir “həppi end”ə dair kiçik qeydlər - Foto
Tarix: 15-08-2019 16:40 | Bölmə: Müəllif-7 / Elnur ASTANBƏYLİ

Bir zamanlar özünü kentavrla müqayisə edən, özünü bütün fəxri adlardan, titullardan, orden-medallardan, qısası, bütün saray imtiyazlarından yuxarıda gördüyünü söyləyən şair də bu yaxınlarda “xalq şairi” oldu.
Daha doğrusu, rəsmən “xalq şairi” oldu, çünki həmin vaxtadək əslində özünü elə “xalq şairi” kimi aparırdı: fikir liderliyinə ən çox ehtiyac olduğu zamanlarda ictimai-siyasi məsələlərə münasibət bildirməkdən faktiki imtina etmişdi, bunu “mən də iyrənib susa bilərəm” bəhanəsi ilə malalayırdı, ancaq məlum deyildi ki, kimdən və nədən iyrənib. O da məlum deyildi ki, “iyrənib susan” hörmətli şairin bu “protesti” niyə hökumət telekanallarına da aid deyildi, niyə məsələn, İTV-nin efirinə qaça-qaça çıxır, ortabab mütaliəsi olan adamlar üçün heç bir ciddi informativlik, funksional məna yükü daşımayan, ancaq öz aləmində guya çox maraqlı, dəhşətli mətləblər xırdalayır, “fəlsəfə kaçatlayır”.
Üstəlik, o da məlum deyildi ki, nəvəsi yaşda gənclər absurd ittihamlarla həbsxanalara doldurularkən “iyrənib susan” bu hörmətli şair nə üçün gecə-gündüz saray adamlarının məclislərində görünür, yalnız saraya yaxın adamları tərifləyir, Yazıçılar Birliyi kimi sovetdənqalma, divarları hələ də Cavidin, Müşfiqin, Cavadın, Çəmənzəminlinin, Xuluflunun, Sanılının qanı qoxuyan “şeytan yuvası”nın müdafiəsinə qalxır, onun 32 illik sədrinin “cangüdəni”nə, ən fəal müdafiəçisinə çevrilir…
Bir sözlə, 15 il öncəsinədək bütün fəxri adlara, titullara, saray imtiyazlarına meydan oxuyan hörmətli şair son illərdə özünü açıq-aşkar “xalq şairi” kimi aparırdı, nəhayət, təzəlikcə bu statusunun rəsmiləşməsinə nail oldu. Dünənəcən ona toz qondurmayan xeyli adam növbəti dəfə xəyal qırıqlığına uğradı. Belə bir məntiqi sonluğa təəccüblənməyən bir ovuc adama isə çoxdan proqnozlaşdırdıqları bu mənzərəni təbəssüm içində seyr etmək qaldı.
Həqiqətən ibrətamiz sonluq idi. Axır vaxtlarda həmin hörmətli şairin bir şeirini ən qatı müxalifətçilər də sosial şəbəkələrdə sevə-sevə paylaşırdılar:
Özümə bir Vətən düzəldəm gərək,
Qapısı ağzında iri bir köpək
Bura pis niyyətlə gələnə hürsün,
Bizə lap uzaqdan hürənə hürsün.
Heç bir kəsə quyruq bulamasın qoy,
Heç bir vaxt qab dibi yalamasın qoy…
Nə bilim daha nə!
Və bu da “həpi end”: “özünə bir vətən düzəltmək istəyən” adamın özündən axırda “xalq şairi” düzəldib prosesi proqnozlaşdırılması çətin olmayan məntiqi sonluğa çatdırdılar.
(Əməyi keçən hər kəsə təşəkkürlər! Ən azı bizi növbəti dəfə yanıltmadıqları üçün…)
“Proqnozlaşdırılması çətin olmayan məntiqi sonluq” yazıram və düşünürəm ki, buna mənəvi haqqım çatır: çünki hətta həmin hörmətli şairin “vətəndaş mövqeyi” sərgilədiyi zamanlarda da heç vaxt səmimiyyətinə inanmamışam. Elə o vaxtlarda onu az tənqid etməmişəm, bu tənqidlərə görə də özü və sevənləri tərəfindən az söyülməmişəm.
Əlbəttə, mən Nostradamus-filan deyildim, bu “həppi end”i də “rəml atıb, fala baxıb” proqnozlaşdırmırdım.
Sadəcə, məntiqim deyirdi ki: sovetləşmə şüurunun “şinelindən” çıxmış adamların sistemə qarşı müqaviməti mütləq bir yerdə qırılmağa, sınmağa və… tam tərsinə çevrilməyə məhkumdur. Bu cür adamlar əvvəl-axır özləri olacaqlar: dildə nə qədər inkar etməyə çalışırlarsa çalışsınlar, nə qədər “post-sovet düşüncəsinin daşıyıcısı” kimi görünməyə cəhd edirlərsə etsinlər, gec-tez özləri olmağa, gerçək mahiyyətlərinə dönməyə məcburdurlar. Əmin olmaq üçünsə kiçik bir təcrübə kifayət edirdi: bu adamların haqqında ən xırda tənqid onların öz xislətlərini ələ vermələri üçün yetərli idi. Çünki həmin tənqidlərdən dərhal sonra dönüb olurdular özləri, yəni “sovet adamı”: aqressiv, kinli, dözümsüz!
Bunda da təəccüblü heç nə yoxdur: sovet təhsil sistemi tənqidçi fərdlər yetişdirmirdi, ondan “məzun” olanlar isə sadəcə bir müddət özlərini gizlədə bilərdilər, ömrün müəyyən bir həddində onları yetişdirən təhsil sisteminin, bütövlükdə, mühitin şüuraltına yeritdiyi komplekslər mütləq dışa vurmalı idi, necə ki vurdu da!
Haqqında danışdığımız hörmətli şair hər nə qədər özünü uzun müddət “demokratik düşərgənin mənsubu” kimi aparsa da, müsahibələrinin oxuduqca, çıxışlarını dinlədikcə, aydın görürdün ki, o da bütün tipik “sovet adamları” kimi yalnız düzxətli düşüncəni müdafiə edir, bu “düzxətdən” kənarda istənilən fikir, münasibət onu qıcıqlandırır, özlərindən çıxarır, az qalır sənin qanını içsin, kəllənin qoparsın, hansı ki, eyni xislət 1937-ci il repressiyasının donosbazları üçün xarakterik idi: öz zövqlərindən, öz dünyagörüşlərindən, öz həyata baxışlarından, öz ədəbi estetikalarından kənardakı hər şeyə və hamıya nifrət! Sanki özləri heç bir zaman gənc olmayıbmış kimi, gəncliyə aşırı nifrət: onun geyimindən tutmuş düşüncəsinədək hər şeyə nifrətlə, yuxarıdan aşağı baxmaq, təhqiramiz, aşağılayıcı, lovğa və özündənrazı münasibət!

Ramiz Rövşən
Kimsə qüsura baxmasın, bunun sonu məhz rəsmi “xalq şairi”olmaq idi, saraya təslim olmaq idi, sovetdənqalma imtiyaz sahibi olmaq idi, necə ki növbəti dəfə R.R-nin timsalında oldu!
Belə bir aqibəti görmək üçün isə Nostradamusluğa-filan ehtiyac yox idi, heç indi də yoxdur…(azlogos.eu)
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Elnur ASTANBƏYLİ
Bölməyə aid digər xəbərlər