08:21 / 24-06-2025
Hərbi bazanın yaxınlığında partlayış baş verib
08:15 / 24-06-2025
Yaxın Şərq ölkələrinə getməyin!
08:09 / 24-06-2025
Şahzadə Uilyam tacdan imtina edə bilər
07:55 / 24-06-2025
Som balığı beş nəfəri yaralayıb
07:50 / 24-06-2025
Zaxarova: Qərb İranda hakimiyyəti dəyişməyə cəhd edir
07:44 / 24-06-2025
Polkovnik İran XİN-nin bəyanatını dəyərləndirib
07:09 / 24-06-2025
İran və İsrail atəşkəsə razılaşıblar
23:45 / 23-06-2025
Bakıdan Qətərə uçan təyyarə yarıyoldan geri dönüb
21:27 / 23-06-2025
İran Qətər və İraqdakı ABŞ bazalarına raket atıb
19:29 / 23-06-2025
Britaniya İrana mesaj yollayıb
19:12 / 23-06-2025
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
18:53 / 23-06-2025
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
18:00 / 23-06-2025
Ağ Ev: "ABŞ Hörmüz boğazındakı vəziyyəti fəal şəkildə və diqqətlə izləyir"
17:43 / 23-06-2025
Bakıda narkotikə qarşı əməliyyat: saxlanılanlar var
17:20 / 23-06-2025
Agentlik TƏBİB-in 17 milyonluq tenderini ləğv edib
17:14 / 23-06-2025
Qərb Universiteti Tam Orta Məktəbi şagirdlərə attestat vermir? - Açıqlama
16:44 / 23-06-2025
İsrailin münaqişəyə son qoymaq niyyəti İrana çatdırılıb
16:30 / 23-06-2025
Dövlətə xəyanətdə ittiham olunan şəxsə hökm oxunub
16:03 / 23-06-2025
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək
15:49 / 23-06-2025
Erməni müğənnini “Qal, sənə qurban” mahnısını mənimsəmək istəyib
15:15 / 23-06-2025
Azərbaycan Suriyaya başsağlığı verib
15:14 / 23-06-2025
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
15:03 / 23-06-2025
Anar Məmmədlinin cinayət işinə xitam verilməsi üçün vəsatət qaldırılıb
15:01 / 23-06-2025
Zelenski: Rusiya, İran və KXDR qatillər koalisiyasıdır
14:49 / 23-06-2025
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
14:34 / 23-06-2025
ABŞ-nın hərbi bazası hücuma məruz qalıb
14:33 / 23-06-2025
Putin: İrana təcavüzün heç bir əsası yoxdur
14:23 / 23-06-2025
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
13:56 / 23-06-2025
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
16:11 / 19-06-2025

17:28 / 20-06-2025

11:32 / 19-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

14:57 / 22-06-2025

12:30 / 20-06-2025

16:26 / 20-06-2025

15:58 / 21-06-2025

16:45 / 21-06-2025

09:57 / 19-06-2025

“Molla Nəsrəddin”çilərin izi ilə… - Elnur Astanbəyli yazır
Tarix: 22-01-2020 21:37 | Bölmə: Elnur ASTANBƏYLİ

Bu misraların müəllifi haqqında ədəbiyyat tariximizdə, bir qayda olaraq, “ikinci Sabir” kimi danışırlar.
Əslində onun bu cür tanınmaq niyyəti heç vaxt olmayıb, lakin bu da faktdır ki, son 100 ildə azərbaycanlıların bir azca satirik qələmi olan hər kəsi “ikinci Sabir”, yaxud “dövrümüzün Sabiri” adlandırmağa tükənməz bir həvəsi var. Guya “birinci Sabiri” – Mirzə Ələkbəri oxuyub ta nətəri dərs çıxardılar, ibrət aldılar, cahilliyin, xürafatın, mövhumatın daşını necə atdılar, qaldı digər “Sabirlər”…
Üstəlik, ən komiki, bir az da konkretləşdirsək, tragikomiki odur ki, camaatımız lağlağı yazan hər kəsi “yeni Sabir” kimi damğalamaqdan ötrü sinov gedir. Lakin bu “sabirlərin” yazdıqlarını götürüb oxuyursan və əksər hallarda əlin üzündə qalır: baxırsan bəzilərində pis-yaxşı satira var, ictimai-siyasi, sosial tənqid hədəfi var, ancaq bir çox hallarda tənqid obyekti ya kökündən yanlışdır, aqrar təfəkkür və qatı mühafizəkar, kəskin mental ümumiləşdirmə üzərində inşa edilib, məsələn belə: “Qızlarımız lüttənib, oğlan da it günündə…” (Baba Pünhan), bəziləri isə hər hansı ictimai-siyasi, yaxud sosial məzmundan, ümumiyyətlə, uzaqdır, dar, məhəlli sərhədlərdən, sataşmalardan kənara çıxmır. Ki, belələrinə də “satira” demək yerli-dibli doğru deyil.
Sabirin üstünlüyü onda idi ki, onun satirası sistemli idi, tənqid hədəfi aydın və konkret idi; misal üçün, insanların nə geyinib-gecindiyi onun üçün heç nə ifadə etmirdi, bütün üsyanı şüurların qaranlığa gömülməsinə qarşı yönəlmişdi.
Bu mənada ədəbiyyatımızda “ikinci Sabir” axtarışı mənə həmişə yersiz, mənasız, populist görünüb.
Söhbət hətta yazımızın əvvəlində iki misrasını oxuduğunuz Əli Nəzmidən gedirsə belə!
Halbuki əksəriyyətin fikrincə, Azərbaycan satirası tarixində istər yaradıcı istedadı, istərsə də yazdıqlarının bədii keyfiyyəti etibarilə Mirzə Ələkbərə nisbətən yaxınlaşan məhz o olmuşdu…
Kim idi Əli Nəzmi?
O, 1878-ci ildə Gəncə şəhəri yaxınlığındakı Sərab kəndində yoxsul ailədə doğulub. İbtidai təhsilini mollaxanada alıb. Sonra rus-tatar məktəbində oxuyub. Atasının vəfatının ardından güzaranının ağırlaşması ucbatından Orta Asiyaya yollanır, Buxara və Səmərqənd şəhərində iki il tacir dükanında şəyirdlik edir. Elə həmin illərdə mütaliə ilə ciddi məşğul olur, xüsusilə klassik Şərq ədəbiyyatını dərindən öyrənir.
“Bikəs” (“Kimsəsiz”) təxəllüsü ilə şeirlər yazmağa başlayan Əli Nəzminin ilk mətbu əsəri “Kənddə ibtida” adlanır və 1904-cü ildə “Şərqi-rus” qəzetində dərc olunur.
Sonralar “Məşədi Sijimqulu”, “Kefsiz”, “A.S.Əlidəyənəkli”, “Həcamətverdi”, “Sərsəri”, “Qanacaqsız”, “Şallax”, “Qoca zığ-zığ” kimi müxtəlif imzalarla savadsızlıqdan tutmuş çar mütləqiyyətinə qarşı bir çox mövzularda satirik şeirlər yazıb və çap etdirib.
Azərbaycanın sovetləşməsinin ardından Gəncə məktəblərində müəllimlik edib, “Yeni Gəncə” qəzetində işləyib (1924-1926), bir müddət sonra Bakıya köçüb, öncə burada “Kəndli” qəzetində çalışıb, sonra isə “Molla Nəsrəddin” jurnalı redaksiyasında məsul katib işləyib – 1926-cı ildən 1931-ci ilədək!
Azərbaycanda ilk mənzum memuarı – “Keçmiş günlər”i məhz Əli Nəzmi, 1944-cü ildə yazıb. Bu əsər ədəbiyyat və mətbuat tariximizin önəmli bir dönəmi haqqında bizə xeyli maraqlı bilgilər verir.
Əli Nəzminin həyatındakı mühüm dönüş nöqtələrindən biri onun Tiflisə ikinci gəlişi zamanı baş verir. İlk gəlişində “Şərqi-rus” qəzetinin redaksiyasına qonaq olan Nəzmi, növbəti səfəri zamanı isə “Molla Nəsrəddin”in naşirləri – Mirzə Cəlil və Ömər Faiq Nemanzadə ilə tanış olmaq imkanı qazanır. Bu tanışlıq möhkəm dostluğa çevrilir. O, tezliklə “Molla Nəsrəddin”in ən istedadlı müəllifi kimi ad çıxarır.
İş o yerə çatır ki, bir çoxları hətta Nəzminin satiralarını Sabirin şeirləri ilə qarışdırırlar, bu zaman köməyə onların fərqli gizli imzaları çatırdı.
Sonralar Nəzmi “Molla Nəsrəddin” jurnalının öz taleyindəki misilsiz rolunu belə qiymətləndirəcəkdi: “Mübaliğə olmasın, deyə bilərəm ki, əgər “Molla Nəsrəddin” məcmuəsi olmasaydı, əziz şairimiz Sabir də bu qədər məşhur ola bilməzdi. Mən isə ya heç şair ola bilməzdim, ya şair olsam da, bir növhə və mərsiyə şairi olmaqdan irəli gedə bilməzdim. “Molla Nəsrəddin”in bizim boynumuzda çox böyük haqqı vardır”.
1914-cü ildə “Məzəli” satirik jurnalının redaktoru Haşım bəy Vəzirov Əli Nəzmiyə məktub yazaraq onu əməkdaşlığa dəvət edir. Bu dəvətə “Yox!” deməyən Nəzminin “Məzəli”də işıq üzü görən ilk satirası böyük rəğbətlə qarşılanır. Hətta o iş o yerə çatır ki, Haşım bəy şairi həmin dövr üçün kifayət qədər yüksək məbləğ sayılan 20 manat pulla mükafatlandırır. Deyilənə görə, bu, uzun illərdir qəzet və jurnallarda çap olunan Nəzminin ilk qonorarı imiş…
Ümumiyyətlə, Nəzminin imzasını biz istər Azərbaycanın sovetləşməsi (1920-ci il), istərsə də ondan sonrakı dövrün əksər aparıcı qəzetlərində görürük. Bununla belə, o, heç şübhəsiz, ilk növbədə “Molla Nəsrəddin”çi idi və təqaüdə məhz “Molla Nəsrəddin”dən çıxması da (sonralar bir çox nəşrlərlə əməkdaşlıq etməsinə baxmayaraq!) bu mənada xeyli simvolikdir.
Əli Nəzminin adıçəkilən dərgi ilə bağlılığından danışarkən maraqlı bir faktı xatırlamamaq mümkün deyil.
1916-cı ildə görkəmli satirik Gəncə şəhərinə köçmüş, elə həmin vaxt Mirzə Cəlil ona məktub yazaraq Tiflisə dəvət etmişdi. Lakin Nəzmi yeddi nəfərdən ibarət bir ailə ilə Tiflisdə dolana bilməyəcəyini düşünür, Mirzə Cəlildən üzr istəyərək gələ bilməyəcəyini söyləyir.
Aradan 6 il keçdikdən sonra isə tam əksi yaşanır: 1922-ci ildə “Molla Nəsrəddin”in Bakıda çap olunan dördüncü sayında kiçik bir elan yerləşdirilir: “Kefsizə. Neçə il ayrı düşəndən sonra yada salırıq yoldaşımız və ikinci Sabirimiz Kefsizi (Məşədi Sijimqulunu). Harada olduğunu bilmədiyimiz üçün ondan bir xəbər tuta bilmədik. Ümidvarıq ki, tez vəqtdə öz lətafətli şerləri ilə məcmuəmizi zinətləndirəcəkdir”.
Bu elanı görən Əli Nəzmi “Molla Nəsrəddin”lə əməkdaşlığı bərpa edir, onun şeirləri adıçəkilən dərgidə yenidən işıq üzü görməyə başlayır.
Sonralar satirik yaradıcılıqla yanaşı, Nizamidən, Firodvisdən, Krılovdan tərcümələr edir. II Dünya müharibəsi illərində alman faşizmini ələ salan şeirlər qələmə alır.
Və müharibədən cəmi bir neçə ay sonra, 1946-cı il yanvarın 4-də, Bakıda vəfat edir.
Bu Sabirdən sonra Azərbaycan satirik şeirinin ikinci (və bəlkə də sonuncu!) nəhəng itkisi idi…
Bölməyə aid digər xəbərlər

Çoxdur məşəqqəti gözü açıqlığın, inan,
Açsan gözünü, qəm görəcəksən, oyanma, yat!

Müəllifin bütün yazıları - Elnur ASTANBƏYLİ
Bölməyə aid digər xəbərlər