12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
12:16 / 18-09-2025
Dronlar Rusiyaya zərbələr endirib
12:08 / 18-09-2025
Əli Əsədov Qırğızıstana gedib
12:08 / 18-09-2025
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
11:56 / 18-09-2025
Milli Məclisdə dinləmə keçiriləcək
11:55 / 18-09-2025
Trampın əlində bitkoin tutan qızıl heykəli ucaldılıb
11:50 / 18-09-2025
Deputatdan narazılıq: "Bizi o Foruma niyə dəvət etmədilər?"
11:44 / 18-09-2025
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
11:35 / 18-09-2025
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
11:20 / 18-09-2025
Makron həyat yoldaşının qadın olduğunu sübut etməyə çalışacaq
11:16 / 18-09-2025
Ermənilərin məhkəməsi gələn həftə keçiriləcək
11:09 / 18-09-2025
"Vahid Mədəniyyət Reyestri" sistemi yaradılacaq
10:57 / 18-09-2025
Yaponiya 100 illik rekorda imza atıb
10:57 / 18-09-2025
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzub - 300 minlik əmlakı qaytaracaq
10:53 / 18-09-2025
Rusiyada azərbaycanlı iş adamını həbs etmək istəyirlər
10:52 / 18-09-2025
Trampın xanımı ukraynalı uşaqlardan xüsusi hədiyyə alacaq
10:42 / 18-09-2025
Ukrayna dəmir yollarına yenidən zərbələr endirilib
10:35 / 18-09-2025
Slovakiya və Macarıstan Rusiyadan enerji idxalını azaltmayacaq
10:27 / 18-09-2025
Türkiyəli nazir: "Zəngəzur dəhlizinin açılması ilə tranzit ticarəti artacaq"
10:17 / 18-09-2025
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
09:22 / 18-09-2025
Azərbaycanda Milli Musiqi Günü qeyd olunur
09:16 / 18-09-2025
Putinin müharibə əleyhdarı olan silahdaşı istefa verib
09:05 / 18-09-2025
Ərdoğan: Haram əllərin müqəddəs Qüdsü ləkələməsinə izn vermərik!
08:59 / 18-09-2025
“Digital Week 2025” Beynəlxalq Forumu başlayıb
08:52 / 18-09-2025
“Qızıl günbəz” ABŞ-a 175 milyard dollara başa gələcək
08:47 / 18-09-2025
Vens Kirkin qətli ilə bağlı kobud sözlər işlədib
08:41 / 18-09-2025
Kiyev yenə PUA-ların hücumuna məruz qalıb
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

Tahir Kərimlinin idealı... - E. Astanbəyli yazır
Tarix: 19-03-2019 13:03 | Bölmə: Elnur ASTANBƏYLİ

Təzəlikcə sosial şəbəkədə deputat Tahir Kərimlinin bir açıqlamasının linkini gördüm, orada böyük şairimiz Nəsiminin qəbrinin Hələbdən Azərbaycana gətirilməsi ilə bağlı arzusunu ifadə edib.
Arada bir cümlə də işlədib: "Yeniyetmə yaşlarımdan Nəsimi idealım olub..."
Başlayaq elə həmin cümlədən.
Mən deputatın Nəsimi heyranlığını şübhə altına almaq fikrindən uzağam. Özümüz də kiminsə kiməsə vurğunluğuna quşqu duymaq həddini və haqqını görmürük, amma...
Amma məsələ ondadır ki, Nəsimi yalnız bir ədəbiyyat hadisəsi deyil, eyni zamanda bir şəxsiyyət hadisəsidir: özü düşüncəsindən, dünyagörüşündən, əqidəsindən sonadək sapmadı, geri durmadı, bunun üçün hətta vətənindən dərbədər düşməyi göz önünə aldı, basqılara uğradı, ancaq öz doğru bildiyi yoldan dönmədi, son nəfəsində də öz həqiqətinə sadiq qaldı.
Dediyim odur ki, Nəsimini ideal kimi qəbul edərkən bu gəlişigözəl baş verməməlidir. Yoxsa 10-15 ilin içində fikirlərini 180 dərəcə dəyişərək, siyasi-ictimai baxışlarında U dönüşü edərək sonra da Nəsimi heyranlığından danışmaq yüngül desəm, səmimi görünmür.

T. Kərimli
Əlbəttə, kimsə çıxıb deyə bilər ki, "yalnız dəlilər və ölülər fikirlərini dəyişmirlər". Razıyam. Ancaq baxır hansı məsələdə fikrini, özü də niyə, nə üçün dəyişirsən. Təsəvvür eləyin ki, illər uzunu "qatığın ağ olduğu" həqiqətini müdafiə edirsən, ancaq qəfil başlayırsan onun "qara olduğunu" söyləməyə, özü də nə var, nə var, "yalnız dəlilər və ölülər fikrini dəyişmirlər"... Absurd deyilmi? Gülməli deyilmi?
Ona qalsa, Nəsimi də eyni aforizmdən çıxış edib həyatını xilas edə bilərdi; ancaq etmədi. Əqidəsini canından da uca tutdu. Ona əbədiliyi qazandıran da bu sadə həqiqətdir.
Qatığın rəngi dəyişməyibsə, ancaq sən onun haqqında fikrini dəyişirsənsə artıq əbədilik qazanmaq boş gözləntidir. Uzaqbaşı, məsələn, deputat mandatı qazana bilərsən.
Gələk Nəsiminin qəbrinin Azərbaycana gətirilməsi təkilifinə...
Tahir Kərimlinin bu təklifi ilk deyil, yəqin son da olmayacaq.
Oxşar təklifi Rəsulzadənin qəbri ilə bağlı səsləndirənlər də var, Mirzə Fətəli Axundzadənin qəbri ilə bağlı dilə gətirənlər də...
Bu cür təkliflər mənim üçün həmişə anlaşılmazdır, populizm və səmimiyyətdən uzaqdır.
İki səbəbdən: birinci, guya məsələn, Mirzə Fətəlinin qəbri Tiflisdə yox, Bakıda olsa, bu nəyi dəyişəcək? Məsələn, Həsən bəy Zərdabinin qəbri Azərbaycandadır, 22 iyul Milli Mətbuat Günündən qeyri nə vaxt yada düşür? O qəbrin illər uzunu baxımsız qaldığını, məzar üstündəki betonun bir neçə yerdən çatladığını, qəbirüstü abidəsinin bozardığını, başdansovu suvandığı üçün qəbrin üzərində yamaq kimi görünən suvağı nə tez unutdunuz?
İkincisi: mənəvi böyüklərimizin vətəndən qıraqdakı qəbirlərinin Azərbaycana gətirilməsini təklif etməmişdən öncə onların ideallarına, uğrunda min bir məhrumiyyət yaşadıqları dəyərlərə sayğı duymaq, bu ölməz idealların, ali dəyərlərin bərqərarına çalışmaq lazımdır. Əks halda Nəsimi də, Rəsulzadə də, Mirzə Fətəli də, digər mənəvi böyüklərimiz də qəbirlərinin harada olmasından asılı olmayaraq onsuz da məzarlarında narahat uyuyacaqlar. Ha Hələbdə, ha Tiflisdə, ha Ankarada, ha Bakıda...(Unikal.org)
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Elnur ASTANBƏYLİ
Bölməyə aid digər xəbərlər