23:20 / 03-07-2025
Günay Qurbanova yenidən Avropa çempionu olub
22:38 / 03-07-2025
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - Foto
21:10 / 03-07-2025
Dövlət başçıları Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər - Fotolar
19:57 / 03-07-2025
"Sputnik-Azərbaycan" işi: beş nəfər barəsində polis nəzarəti qətimkan tədbiri seçilib
19:05 / 03-07-2025
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kəndində olublar - (Yenilənib) - Fotolar
18:17 / 03-07-2025
Peşə tanınması: 179 namizəd keçid balını toplaya bilməyib
18:01 / 03-07-2025
Paşinyanın partiyası müxalifəti terrorçulara köməkdə ittiham edir
17:43 / 03-07-2025
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırıb
17:19 / 03-07-2025
Rusiya aktivlərinin müsadirəsi üçün layihə hazırlayıblar
16:47 / 03-07-2025
Azərbaycan dili üzrə test imtahanının nəticələri elan olunub
16:37 / 03-07-2025
Çempionlar Liqası: "Araz-Naxçıvan"ın rəqibləri müəyyənləşib
16:31 / 03-07-2025
Abituriyentlərin şikayətləri araşdırılıb
16:12 / 03-07-2025
Beyləqanda 16 yaşlı oğlan kanalda batıb
16:01 / 03-07-2025
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb
15:55 / 03-07-2025
Azərbaycan və Özbəkistan prezidentləri Xankəndidə fabrikin fəaliyyəti ilə tanış olublar
15:43 / 03-07-2025
Güclü külək əsəcək - Xəbərdarlıq
15:25 / 03-07-2025
Admiral ruslarla bağlı xəbərdarlıq edir
15:06 / 03-07-2025
Qırğızıstan prezidenti Azərbaycana işgüzar səfərə gəlib - Yenilənib
15:04 / 03-07-2025
İlham Əliyev Rəşid Meredovu qəbul edib - Fotolar
14:55 / 03-07-2025
ABŞ qoşunlarını Avropadan çıxaracaqlar
14:40 / 03-07-2025
İlham Əliyev Qarabağa səfər edib - (Yenilənib+) - Fotolar
14:34 / 03-07-2025
İki prezident Füzuli rayonuna səfər edib - Foto
14:29 / 03-07-2025
Ruslar sosial binaları vurub, ölən və yaralılar var
14:23 / 03-07-2025
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunacaq
13:52 / 03-07-2025
İsrail iki ölkə barədə Rusiya ilə gizli danışıqlar aparıb
13:43 / 03-07-2025
Məhkəmə Vüqar Səfərli ilə bağlı qərar verib
13:08 / 03-07-2025
Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır
13:16 / 29-06-2025

17:57 / 30-06-2025

15:08 / 30-06-2025

21:03 / 30-06-2025

13:20 / 29-06-2025

13:01 / 01-07-2025

13:16 / 02-07-2025

00:40 / 29-06-2025

14:15 / 30-06-2025

23:57 / 28-06-2025

12:56 / 29-06-2025

11:03 / 30-06-2025

Şərqi necə xilas etməli?
Tarix: 15-12-2018 23:03 | Bölmə: Elnur ASTANBƏYLİ

("Danüzü uçuşları" silsiləsindən... )
I.
Belə bir məşhur deyim var: "Günəş şərqdən doğur".
Vaxtilə bu deyim sadəcə bir təbiət gerçəkliyini - Günəşin Şərqdən doğuşunu ifadə etmirdi. Həm də Şərqin dünya mədəniyyətinin formalaşmasında müstəsna roluna işarə edirdi.
Bu o vaxtlar idi ki, dillərdən tutmuş dinlərəcən ən müxtəlif istiqamətlərdə Şərq bəşəri sivilizasiyanın aparıcı ünsürü idi. Bir yanda qıpçaqların Böyük Çöl estetikası. O biri yanda Qədim Çin estetikası. Bir yanda Qədim Misir. O biri yanda Qədim İran. Altay dağlarından Avropaya doğru Xalqların Böyük Köçü ilə bərabər ilkin mədəniyyətin böyük bir coğrafiyaya yoluxması - epidemiyası.
İndi isə mənzərə xeyli fərqlidir.
Təbiət gerçəkliyi yerində qalır - Günəş Şərqdən doğmağa davam edir.
Tarixi gerçəklik olaraq isə, "günəş" Şərqdə batır.
O "günəş" ki, günümüzdə adı - mədəniyyətdir. Elmdir. Bilgidir. Ali dəyərlər, mənəvi ideallardır.
Şərqdə onların hamısını yerini qan, göz yaşı tutub.
Xüsusilə türk və müsəlman Şərqində.
Böyük bir coğrafi ərazidə sivilizasiyanın ilk cücərtilərindən indi əsər-əlamət yoxdur. Hazırda bu nəhəng coğrafi genişlik tiranların girovudur. Orada quldarlıq quruluşundan da çox şey qalıb, feodalizmdən də. Müasirlikdən isə demək olar, heç nə ilə rastlaşa bilməzsiniz. Bir ovuc adam bütöv xalqlar üzərində mütləq hakimiyyətə malikdir.
Türk və müsəlman Şərqinin adı itaətkarlıqla, mütiliklə assosiasiya olunur.
O sorğulamır. O şübhə etmir.
O qeyd-şərtsiz razılaşır, la-dinməz tabe olur.
O başda məzhəb çatışmaları, tayfa davaları olmaqla, çeşidli müharibələrin at oynatdığı qanlı bir meydandır.
Bu savaşları dünyanın hansı imperialist güclərinin, maraq qruplarının, mənfəətgirlərinin alovlandırmasından asılı olmayaraq, Şərq ilk növbədə ağıla, bilgiyə arxa çevirməsinin fəsadlarını yaşayır.
Şərq çoxdandır düşünmür.
Şərq çoxdandır fikrə getmir.
Şərq çoxdandır ölçüb-biçmir.
Onun əvəzinə bunu qaniçən padşahlar, ya da fırıldaq şeyxülislamlar edirlər. Ürəkləri istədikləri kimi. Maraqlarına necə uyğundursa eləcə.
Şərqdə bilik biləyə, zəka zopaya, qələm qılınca, məktəb məcsidə məğlub olub.
Şərqin bu gün qan gölünə çevrilməsinin, göz yaşı dənizinə qərq olmasının təməl səbəbi budur.
Siz elmdən, bilgidən, mədəniyyətdən, maarifdən uzaqlaşdıqca başqalarının sizi öz çirkin oyunlarına alət etməsi də asanlaşır.
Şərq dedikdə bu gün gözlər önünə məsələn, neft pulları üzərində qurulmuş gözqamaşdırıclı təmtəraq, dəbdəbə gəlirsə, yaxud cəhalət, terror yada düşürsə, bunun səbəbi heç də onu "qaynar qazan"a çevirən imperialist güclər deyil; bu imperialist güclərin işini asanlaşdıran, çörəyinə yağ sürtən elmsizlik, bilgisizlik, dinə təslimçilikdir.
Şərq tənbəlləşib - o istəyir ki, onun yerinə tiranlar, yaxud ruhanilər düşünüb qərar versinlər. Necə ki, qərar verirlər də. Nəticə göz önündədir. Bu gün türk və müsəlman Şərqində zamanla ayaqlaşa biləcək, çağın gerisində qalmamış bir ölkə belə tapa bilməzsiniz.
Şərq "Apple"nin qarşısna "Əl Qaidə" ilə çıxmağa davam etdiyi müddətcə qan və göz yaşı içində boğulmağa davam edəcək.
Şərq Molla Nəsrəddinlə Şeyx Nəsrullah arasında ikincini seçməyə davam etdiyi müddətcə nəsibinin müharibələr olması ilə barışmalıdır.
Şərq Bəhlulu danəndə kimi yox, dəli kimi görməyə davam etdiyi müddətcə günü ah-vayla keçəcək.
Şərqdə məcsidlərin sayı məktəblərin sayını ikiyə, üçə qatladığı müddətcə, heç kimin üzü gülməyəcək. Kimsənin qarnı doymayacaq. Kimsənin qəlbinə hüzur, fərəh hakim olmayacaq.
Nə qədər ki, Şərq yalnız duaların köməyi ilə xoşbəxt olacağını düşünəcək, tayfaçılıqdan bəşəriliyə, təriqətçilikdən tənqidçiliyə üz tutmayacaq, o vaxtacan da bədbəxtliyə məhkumdur.
II.
Masamın bir küncündə böyük Üzeyir bəyin (Hacıbəyli) felyetonlarından ibarət kitabı durur.
Yuxarıdakı sətirləri yazmamışdan əvvəl qeyri-ixtiyari o kitabı bir daha vərəqlədim, ustadın 1907-ci ildə o vaxtkı "İrşad" qəzetində işıq üzü görən yazılarından biri diqqətimi çəkdi.
Üzeyir bəy yazır: «Biz bunu anlamırıq ki, hər bir fərdin rifah və səadətlə ömür sürüb yaşaması üzv olduğu camaatın rifah və səadətinə bağlıdır. Odur ki, heç bir vaxt ümumcamaatın mənafeyini nəzərə almayıb, ancaq öz xüsusi mənfəətimizi gözləyirik. Biz elə güman edirik ki, birimizin səadət və nikbəxtliyi digərimizin zillət və bədbəxtliyindən asılıdır. Halbuki bizim səadətimiz ilə yoldaşımızın səadəti arasında böyük bir irtibat vardır. O irtibat qırıldıqda birimizin səadəti baqi qala bilməz».
Mən bu sətirləri oxuduqca gözümün önündə qoca Şərqin türk və müsəlman ölkələri canlanırdı; tıpkı onlar da bir "ümumcamaat" kimi bir-birinin bədbəxtliyindən yararlanmaqdadır, biri digərinin faciəsi üzərində xoşbəxtlik axtarmaqdadır.
Nəticədə hamısı faciəyə mübtəla olublar, hamısı bədbəxtdirlər.
Günahı və günahkarı isə dayanmadan başqa yerdə axtarırlar. İttiham hədəfi daim başqalarıdır. Heç biri güzgüdə özünü, öz gerçək üzünü görmək istəmir, özünütəftiş çatışmır qoca Şərqdə...
III.
Sözarası - 1.
Şərqlilərə nədənsə elə gəlir ki, onların vaxtilə Qərbə yürüşləri fəthdir, qəhrəmanlıq tarixidir, qərblilərin Şərqə yürüşü isə həmişə təcavüz və işğaldır.
Absurd yanaşma deyilmi? Əlbəttə, absurddur.
Birincilərin - Şərqlilərin bədbəxtliyi, faciəsi də məhz bu absurdda, bu məntiqsizlikdə, daha doğrusu, yüzilliklərboyu bu məntiqsizliyə, absurda ilişib qalmaqda gizlənib. Halbuki (türk-müsəlman) Şərq(i) öz geridəqalmışlığına, faciələrinə belə kiflənmiş bəhanələr axtarmaq yerinə, daha dərin səbəblər üzərində baş sındırsa, çıxış yolları axtarmaq fikrinə düşsə, keçmişdəki və bugünkü yanlışları, xətaları ilə üzləşməyi və üzülüşməyi bacarsa, indi onun kədərli mənzərəsi xeyli fərqli olardı.
IV.
Qoca tarix bizə dəfələrlə sübut edib ki, bir toplumun xoşbəxtliyi onun skeptikliyi (şübhəçiliyi) ilə düz mütənasibdir.
Şərq artıq çoxdan skeptik deyil.
Şərq tiranların və ruhanilərin ağzından çıxan hər kəlməni mütləq həqiqət kimi qəbul edərək, özünü dərin, dibsiz bir quyuya atıb.
"Oğuznamə"də - Şərqin qədim mədəni miraslarından birində - elə beləcə də deyilirdi: "İnkar mübarəkdir!"
Bu günsə Şərqdə inkar nifrətlə qarşılanır, süngü ilə, top-tüfənglə qarşılanır.
Şərq rədd etməyi unudub. Şərq ona təklif (daha doğrusu, diqtə!) olunan istənilən saçmalığı asanca qəbul edir.
Şərq indi ancaq razılaşır, barışır.
Şərqin leksikonunda "yox" sözü artıq arxaizmdir. Unudulmuş sözdür. O indi yalnız böyük məmnuniyyətlə "Bəli", "Baş üstə" deyə bilir.
Şərq ehkamlardan kənara çıxmağa qorxur. Şərq etiraz etməyi ağlından keçirmir.
Nəticə göz önündədir: bu gün o, hətta on əsr öncə ilə müqayisədə belə çox boz və miskindir.
Bunun günahını isə imperialist, vəhşi Qərbin belinə şələləməklə heç nə düzəlmir. İynəni əvvəlcə özünə batırmağı öyrənməlidir Şərq. Anlamalıdır ki, onu çağın çox gerisinə atan ehkamlardan qurtulmağa çalışmadıqca, əzilməyə, sümürülməyə məhkumdur.
Görkəmli aydınlarımızdan biri Ömər Faiq Nemanzadənin bir yazısındakı ağrı dolu üsyanını xatırlayıram: “Qiyamətə qədərmi kor gəlib, kor gedəcəyiz? Qafil doğub, qafil öləcəyiz? Boynumuzdakı bu ağır cəhalət zəncirlərini, qəflət yüklərini məhşərə qədərmi sürükləyib götürəcəyiz?”
Bu suallara cavab tapmadığı müddətcə Şərqin qan və göz yaşının dəyişməz ünvanı olmaqdan qeyri seçimi yoxdur.
V.
Sözarası - 2:
Günlərin bir günü xəlifə Harun ər-Rəşid Bəhlul Danəndəyə şam yeməyi göndərir. Bəhlul yeməyi alıb itlərin qabağına qoyur.
Xörək gətirən deyir:
– Xəlifənin sovqatını hansı əmirə aparsaydım sevinər, hələ üstəlik mənə bəxşiş də verərdi. Amma sən sovqatı itlərə verdin.
Bəhlul dillənir:
– Astadan danış. İtlər eşitsələr ki, pay xəlifənin mətbəxindən gəlib onlar da yeməz.
Bəli, bu bir Bəhlul Danəndə hekayətidir, ancaq eyni zamanda Şərqin genetik kodlarında protest ruhunun varlığından xəbər verir.
Lap elə Molla Nəsrəddin lətifələrində, "1001 gecə" nağıllarında da zaman-zaman bunu sezmək mümkündür, "Sındır qəfəsi, tazə gülüstan tələb eylə!" - deyən və həyatı dar ağacında bitən Nəsiminin qəzəllərində də.
Yaxud Allahı insanın daxilində, vicdanında, mənəviyyatında axtaran, ilk dəfə "Ənəlhəq!" ("Həqq mənəm!") deyə səslənən Həllac Mənsur... O Həllac Mənsur ki, bu düşüncəsindən son nəfəsinədək dönməmiş, dəhşətli amansızlıqla edam edilmişdi - öncə əlləri, ayaqları, dili, daha sonra başı kəsilmiş, lap axırda da cəsədi yandırılmış, külü Dəclə çayına atılmışdı.
Ya da:
Ey şəhər müftisi, səndən pərgarıq!
Bunca sərxoşluqla səndən huşyarıq.
Biz şərab içirik sən xalq qanını,
İnsaf et, hansımız daha qəddarıq? - yazan Ömər Xəyyam.
O Ömər Xəyyam ki, bir başqa rübaisində kirli, qaranlıq düzənə etirazını belə ifadə edirdi:
Əlimdə olsaydı əgər iqtidar
Bu köhnə fələki kökündən yıxar,
Təzədən elə bir fələk qurardım
Ki, hər kəs yaşardı azad, bəxtiyar.
Yəni demək istədiyim odur ki, şərqli olmaq mütləq şəkildə təslimçi olmaq deyil. Şərqin düşdüyü girdabdan qurtula bilməsi üçün keçmiş təcrübələri yetərincədir.
Şərq həm də öz tarixinin aydınlıq səhifələrinə söykənərək xilas ola bilər.
Şərqin xilası özüdür!
VI.
Velosipedi yenidən icad etməyə nə hacət?!
Şərqin içində çapaladığı, çapaladıqca da daha çox batdığı bu üfunətli bataqlıqdan qurtuluşunun yolu başda din və mentalitet olmaqla, yüzillər boyunca qoluna vurulmuş qandallardan qurtulub üzünü elmə, bilgiyə tutmasındadır.
Şərq, məsələn, 1300 il öncə, hər hansı Amerika, Avropa, yəhudi, mason lojası olmadan başlayan bir məzhəb çatışmasını düüüz 21-ci əsrə daşıyıb, sonra hansı firavan, asudə, rifah, sevgi, barış dolu həyata iddia edə bilər?
Şərq bir müsəlman ölkəsi deyiləndə yada hər şeydən öncə xalqları yoxsulluq, səfalət girdabında çabalayarkən özləri dəbdəbə, təmtəraq içində üzən, komfortu ilə gözqamaşdırıcı həyat yaşayan sultanlar, əmirlər, krallar gəldiyi, yaxud yada ələmuçuran, cinçıxaran düşdüyü müddətcə hansı yüksəlişə ümid edə bilər?
Bu gün dünyanın ən yaxşı universitetləri sırasında neçə türk, yaxud müsəlman ölkəsinin ali təhsil ocağı var?
Bu gün Şərq Nobel ödülünə layiq alim yetişdirə bilirmi?
Bu gün Şərq "Apple"nin, "Mikrosoft"un, "Mercedes Benz"in qarşısına İŞİD-dən, Hizbullah-dan, Əl-Nüsra-dan qeyri nə ilə çıxmağa iddialıdır?
Məsələ bundadır. Gerisi təfərrüatdır. Səbəb yox, nəticədir.
Aralıq dənizinin sularında indi balıqdan çox, müsəlman ölkələrindəki zülmdən, zillətdən baş götürüb qaçan, dinclik tapmaq ümidi ilə "kafir", "əxlaqsız" Avropaya axışan insanların cəsədləri üzür. Bu dəhşətli həqiqəti görmədən və onu yaradan səbəblərlə hesablaşmadan Şərqin qurtuluşu mümkün ola bilərmi?
Kimsə qüsura baxmasın, həqiqət əslində çox bəsitdir: İmam Mehdinin yolunu gözləyənlərlə "iPhone 9"un yolunu gözləyənlər arasında kimin qalib olacağı, xoşbəxtliyə yelkən açacağı əvvəldən bəllidir.
Və bu gedişlə (nə yazıq ki!) günəş hələ uzun illər Şərqdə batacaq...
6 dekabr, 2018-ci il
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Elnur ASTANBƏYLİ
Bölməyə aid digər xəbərlər