11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
ABŞ-dan İrana xəbərdarlıq: Qiyamət qopacaq
Tarix: 26-09-2018 14:40 | Bölmə: Siyasət
ABŞ-dan İrana xəbərdarlıq: Qiyamət qopacaq

İranın dini lideri Ayətullah Əli Xameneyinin ABŞ-ın görüşmək istəyini rədd etməsinin ardından iki ölkə arasındakı gərginlik daha da qızışır.


Reyting.az xəbər verir ki, ABŞ-ın Milli təhlükəsizlik müşaviri Con Bolton İrana çox sərt sözlərlə xəbərdarlıq edib.

Nyu-Yorkda bir konfransda söz alan Con Bolton İran ilə bağlı deyib: "Əgər müttəfiqlərimiz, tərəfdaşlarımız və vətəndaşlarımıza zərər versəniz qiyamət qopacaq".

Bolton əlavə edərək deyib: "Bu ölüm saçan rejim və tərəfdarları davranışını dəyişməzsə nəticələrinə dözməlidir. Bu gün mesajım çox dəqiqdir, sizi izləyirik".

ABŞ-ın dövlət katibi Mayk Pompeo İranla nüvə razılaşmasına tərəf ölkələrin, Tehran rəhbərliyi ilə ticarəti davam etdirmək üçün yeni bir mexanizm yaratmaq planına, "Bu, regional və qlobal sülh və təhlükəsizliyə qarşı atılan ən zərərli addımdır", - deyərək reaksiya göstərib.

İranın dini lideri Ayətullah Əli Xamneyi, 25 nəfərin öldüyü Ahvaz şəhərindəki hərbi parad mərasiminə qarşı təşkil olunan terror hadisəsinin günahkarlarının Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən maliyyələşdirildiyini və Amerika Birləşmiş Ştatları tərəfindən müdafiə edildiyini açıqlamışdı.

Bazar günü “Fox News”-a danışan dövlət katibi Mayk Pompeo ABŞ prezidenti Donald Tramp, ya da özünün iranlı liderlərlə görüşünü istədiklərini bildirmişdi. Ancaq görüş tələbinə İrandan mənfi cavab gəlmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}