Qırğızıstanda dövlət çevrilişinə cəhd olub, ölkədə kütləvi həbslər başlayıb - Foto
Tarix: 05-06-2023 17:50 | Bölmə: Siyasət
Qırğızıstanda dövlət çevrilişinə cəhd olub, ölkədə kütləvi həbslər başlayıb

Qırğızıstanda dövlət çevrilişinə cəhd iddiası ilə onlarla adamın saxlanıldığı bildirilir.

Reyting.az
-ın xəbərinə görə, Qırğızıstan mətbuatı Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) mənbələrinə istinadla bildirir ki, dövlət çevrilişinə hazırlaşdıqları müəyyən edilən şəxslərə qarşı əməliyyat keçirilib.

Kəşfiyyat bölməsinin müxtəlif ünvanlarda təşkil etdiyi əməliyyatlar zamanı şübhəlilərin nəzarətə alındığı bildirilir. Eyni anda keçirilən əməliyyatlarla bağlı rəsmi açıqlama verilməsə də, ənənəyə uyğun olaraq Rusiyadan açıqlama verilib.

Kremlin sözçüsü Dmitriy Peskov dövlət çevrilişinə cəhdlə bağlı xəbərlərin həyəcanverici olduğunu və Rusiyanın vəziyyəti yaxından izlədiyini bildirib.



Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}