GUAM ölkələrinin baş nazirləri Kişinyova toplaşacaqlar
Tarix: 26-09-2018 17:29 | Bölmə: Siyasət
GUAM ölkələrinin baş nazirləri Kişinyova  toplaşacaqlar

Oktyabr ayının əvvəlində Demokratiya və iqtisadi inkişaf uğrunda Təşkilata (GUAM) üzv ölkələrin baş nazirlərinin (quruma Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir) görüşü baş tutacaq.

Reyting.az
Ukrayna mediasına istinadən bildirir ki, bu haqda Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Tudor Ulyanovski məlumat verib.

Ulyanovski BMT Baş Assambleyasının Nyu-Yorkdakı sessiyası zəminində keçirilən GUAM xarici işlər nazirləri Şurasının iclasında oktyabrın 5-6-na planlaşdırılan görüşün gündəlik layihəsini tədqim edib.

GUAM ölkələrinin baş nazirləri Kişinyova  toplaşacaqlar

“Moldova GUAM-ın inkişaf potensialına qəti əmindir. Kişinyov hesab edir ki, nəqliyyat və infrastruktur sahələrinin reallaşması GUAM-a üzv dövlətlərin ərazisinin Qərbi və Mərkəzi Avropa, Orta Asiya və Qafqaz ölkələri arasında vacib dəhlizə çevirəcək”, - Ulyanovski vurğulayıb.

Nazirin sözlərinə görə, Moldova GUAM ölkələri arasında azad ticarət zonasının yaradılması üçün prosedurun tezliklə başa çatdırılmasının tərəfdarıdır.

Görüş iştirakçıları eyni zamanda GUAM-a üzv dövlətlərin siyasi, parlamentlərarası və sahəvi əməkdaşlığının möhkəmləndirilməsi imkanlarını da müzakirə ediblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər