Ərdoğan: “Sanksiyalar strateji tərəfdaşlıq prinsiplərinə ziddir”
Tarix: 27-09-2018 07:13 | Bölmə: Siyasət
Ərdoğan: “Sanksiyalar strateji tərəfdaşlıq prinsiplərinə ziddir”

ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar siyasəti iki ölkə arasında strateji tərəfdaşlıq prinsiplərinə ziddir.

Bu sözləri PBS telekanalına müsahibəsində Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib.

"Biz NATO çərçivəsində ABŞ-ın strateji tərəfdaşıyıq. Bizim tərəfdaşımız olan hər bir ölkədə mümkün sanksiyalar barədə danışmaq yersiz olardı. Türkiyə strateji tərəfdaş kimi öz öhdəliklərini həmişə yerinə yetirib, biz bunu bundan sonra da edəcəyik", - deyə o bildirib.

Türkiyənin dövlət başçısı həmçinin ABŞ-ı PKK-nın qolu olan YPG və PYD ilə əməkdaşlıqda ittiham edib. "Bizim strateji tərəfdaşımız terrorçu təşkilatla çiyin-çiyinə çalışırsa, bunu qəbul edə bilmərik", - deyə Ərdoğan qeyd edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər