Azərbaycan-Rusiya Hökumətlərarası Şuranın növbəti iclası keçiriləcək - Nazir
Tarix: 27-09-2018 10:06 | Bölmə: Siyasət
Azərbaycan-Rusiya Hökumətlərarası Şuranın növbəti iclası keçiriləcək

Hazırda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının yeni tərkibi formalaşır.

Bunu Rusiyanın İqtisadi inkişaf naziri Maksim Areşkin 9-cu Azərbaycan-Rusiya regionlararası forumunda çıxışı zamanı bildirib.

M. Areşkinin sözlərinə görə, yaxın bir neçə ay ərzində Hökumətlərarası Şuranın növbəti iclası keçiriləcək:

"Ticari iqtisadi əlaqələrin dərinləşməsi istiqamətində də işlər aparılır. Baryerlərin azaldılması istiqamətində mühüm addımlar atılır. Ciddi şəkildə layihələrin icrasında özəl biznesin rolu artır. Hesab edirəm ki, burada Şuranın töhfəsi böyük olacaq. Bizneslə bərabər regionlar burada vacib rol oynayacaq".

O, həmçinin bildirib ki, regional səviyyədə yeni layihələr tətbiq olunacaq:

"Regional səviyyədə kontaklar çox vacibdir və iki ölkə arasında işgüzar əlaqələr vacib rol oynayacaq".

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər