İran PUA-ları Rusiyada istehsal olunacaq - Foto
Tarix: 09-06-2023 19:31 | Bölmə: Siyasət
İran PUA-ları Rusiyada istehsal olunacaq

Rusiyada, Moskvadan yüzlərlə kilometr şərqdə, Alabuqa xüsusi iqtisadi zonası adlanan ərazidə pilotsuz təyyarə (PUA) istehsalı üçün zavod tikilir. Tikintisinə 2023-cü ilin aprel ayında Tatarıstan Respublikası ərazisində başlanan zavodda İranın kamikadze dronları istehsal olunacaq.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, bu barədə cümə günü Ağ ev məlumat yayıb. Hətta bununla bağlı peyk görüntüləri də paylaşılıb.



Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə bildirib ki, zavod gələn ilin aprelində işə başlaya bilər.

C. Kirbi əlavə edib ki, İran Rusiya hərbçilərini Xəzər dənizi vasitəsilə İranın Əmirabadından Rusiyanın Mahaçqalasına qədər öz istehsalı olan dronlarla təchiz etməyə davam edir.

O, əlavə edib ki, may ayından etibarən Moskva İrandan yüzlərlə hücum pilotsuz uçan aparatı, eləcə də onların istehsalı üçün avadanlıq alıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}