15:53 / 20-09-2024
Yerə asteroid yaxınlaşır
12:30 / 20-09-2024
Sabah yağış yağacaq
Ordumuzun Naxçıvandakı mövqeləri minaatanlarla atəşə tutulub
Tarix: 13-06-2023 18:50 | Bölmə: Siyasət
Ordumuzun Naxçıvandakı mövqeləri minaatanlarla atəşə tutulub

İyunun 13-ü saat 17:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür və əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Nazirlik bildiririr ki, bölgədə vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.




Bölməyə aid digər xəbərlər