Putinin istəyi Türkiyənin maraqlarına cavab vermir - Politoloq
Tarix: 14-06-2023 08:33 | Bölmə: Siyasət
Putinin istəyi Türkiyənin maraqlarına cavab vermir

Prezident Vladimir Putin Rusiyanın “taxıl sazişi”ndən çıxmağı planlaşdırdığını bildirib. Onun sözlərinə görə, bu saziş Rusiyanın maraqlarına cavab vermir. “Bizi növbəti dəfə aldatdılar”,- deyən Putin Rusiya taxılının tədarükünün liberallaşdırılması baxımından heç bir iş görülmədiyini iddia edib.

Reyting.az
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq diqqətə çatdırıb ki, Putin “taxıl sazişi”nin dəhlizlərindən Ukraynanın Rusiyaya qarşı hərbi məqsədlər üçün istifadə etdiyini də vurğulayıb.

E. Şahinoğlu qeyd edib ki, bu, Putinin bəhanələridir:

"Kreml sahibini narahat edən Ukraynanın öz taxılını satıb maliyyə qazana bilməsidir. Rusiya prezidenti bunun qarşısını almağa çalışır. O ki qaldı Rusiyanın taxıl sata bilməməsinə, bu sanksiyalarla əlaqəlidir. Sığortası olmayan gəmilər yük daşıya bilmirlər. Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sanskiyaların tətbiqi gəmilərin bu ölkədən yük daşımasını əngəlləyir”.

E. Şahinoğlu bildirib ki, Putinin “taxıl sazişi”ndən çıxmaq istəyi bu məsələdə əsas vasitəçi olan Türkiyənin maraqlarına cavab vermir. Ona görə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putini sazişdən çıxmamağa inandırmağa çalışacaq. “Putin bunun qarşılığında Rusiya taxılının dünya bazarlarına çıxarılması təminatını almaq istəyəcək", - deyə Şahinoğlu əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}