Türk ordusu əməliyyat keçirib
Tarix: 14-06-2023 14:24 | Bölmə: Siyasət
Türk ordusu əməliyyat keçirib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 41 terrorçunu zərərsizləşdirib. Əməliyyatda dronlardan da istifadə edilib. Tel Rıfat və Mənbicdə terror təşkilatının bir çox hədəfləri vurulub.

Reyting.az
xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi 41 terrorçunun məhv edildiyini təsdiqləyib.

"Baza ərazilərimizə hücum edən PKK/YPG terror təşkilatını məsuliyyətə cəlb etməyə davam edirik. Qəhrəman Türk Silahlı Qüvvələrimiz Tel Rıfat və Mənbic bölgələrində aşkar etdiyi terror yuvalarını vuraraq, daha 41 terrorçunu zərərsizləşdirib. Terrorçuları qazdıqları xəndəklərdə itirəcəyik. Biz davam edəcəyik!",- nazirliyin açıqlamasında bildirilib.

Qeyd edək ki, Suriyanın şimalında 41 terrorçunun zərərsizləşdirildiyi əməliyyatın təfərrüatları məlum olub. Məlumata görə, həftə sonu terrorçuların Öncüpınarda keçirdikləri raket hücumlarından sonra ordunun başlatdığı əməliyyatın əhatə dairəsi genişləndirilib.
Əməliyyat çərçivəsində Suriyanın şimalındakı Tel Rıfat və Mənbic bölgələrində terror təşkilatının PKK/YPG üzvlərinə aid hədəflər müəyyən edilib. Bundan sonra hədəflər dronlar vasitəsilə vurulub. Nəticədə terror təşkilatının qərargahı, sığınacaqları və bunkerləri də daxil olmaqla, bir çox hədəfin yerli və milli istehsalat sursatları ilə vurulduğu bildirilir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}