XİN sözçüsü: "Azərbaycan öz ərazisində bayrağını ucaldılıb"
Tarix: 16-06-2023 12:40 | Bölmə: Siyasət
XİN sözçüsü: "Azərbaycan öz ərazisində bayrağını ucaldılıb"

"Həkəri çayının Laçın rayonu ərazisindən keçən hissəsindəki körpünü Azərbaycan bu yaxınlarda tikib. Ermənistan rəsmiləri guya Azərbaycan bayrağının Ermənistan ərazisində qaldırılması ilə bağlı əsassız iddia ilə çıxış edirlər".

Reyting.az
xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə tviterdəki paylaşımında yazıb.

Onun sözlərinə görə, Azərbaycanın öz suveren ərazisi olan Həkəri körpüsündə iyunun 15-də Azərbaycan bayrağı ucaldılıb: "Bu zaman Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəş açıb".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}