ABŞ-Çin münasibətlərinin hazırkı vektoru hərbi münaqişəni qaçılmaz edir
Tarix: 17-06-2023 09:56 | Bölmə: Siyasət
ABŞ-Çin münasibətlərinin hazırkı vektoru hərbi münaqişəni qaçılmaz edir

"Hazırda ABŞ və Çin bir-birini özünə əsas təhlükə hesab edir. Bu, hər iki fövqəldövlət üçün ümumi qaydalardan, adi normalardan xaric vəziyyətdir.
ABŞ və Çin arasındakı münasibətlərin indikı mürəkkəbliyi və təhlükəsi ölkələr arasında münaqişənin başlamasına gətirib çıxara bilər".

Bunu Reyting.az-a Azərbaycan Kommunist Partiyasının rəhbəri Ədalət Abdinov deyib.

Ə. Abdinov əlavə edib ki, Vaşinqton və Pekin arasında Tayvanla bağlı fikir ayrılıqlarının yaratdığı ziddiyyətlər də hər iki ölkə arasındakı gərginliyi artır: "ABŞ-Çin münasibətlərinin hazırkı vektoru dəyişilməsə, hərbi münaqişə qaçılmazdır. Bu qənaətə gəlməyə münasibətlərin hazırkı trayektoriyası da əsas verir".

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}