18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
ABŞ və İran arasında məxfi danışıqlar… - Politoloqun şərhi
Tarix: 19-06-2023 09:29 | Bölmə: Siyasət
ABŞ və İran arasında məxfi danışıqlar…

ABŞ və İran nümayəndələri Oman dövlətində qapalı danışıqlara başlayıblar.

Reyting.az
-ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu deyib ki, tərəflərin bir-birlərindən tələb və istəklərini ümumiləşdirmək mümkündür.

Şahinoğlu qeyd edib ki, ABŞ İranda həbsdə saxlanılan vətəndaşlarının sərbəst buraxılmasını istəyir.

Onun sözlərinə görə, İrandan uranın zənginləşdirlməsinin 60 faiz həndəvərində (nüvə silahı uranın 90 faiz zəginləşdirilməsi zamanı əldə edilir) və beynəlxalq aləmin nəzarəti altında həyata keçirməsi tələb olunur.

Politoloq əlavə edib ki, Tehrana bağlı qüvvələrin Suriya və İraqda ABŞ-a bağlı qüvvələrə qarşı təxribatlara son qoymaları da istənilən bilər: “İran Rusiyaya ballistik raketlər verməməlidir. İran atacağı addımların qarşılığında Qərb banklarındakı maliyyə vəsaitləri üzərindən sanskiyaların götürülməsini istəyir. Eyni zamanda Tehran ABŞ-dan ümumilikdə İrana qarşı iqtisadi sanksiyaların yumşaldılmasını tələb edir".

Şahinoğlu əmindir ki, danışıqlarda daha çox Tehran maraqlıdır: "Sanksiyalar İran iqtisadiyyatını taqətdən salıb. Tehran yenidən Vaşinqtonla nüvə anlaşmasının imzalanmasına çalışır. ABŞ prezidenti Co Bayden də Ağ evin keçmiş sahibi Barak Obamanın dövründə olduğu kimi Tehranla saziş imzalamağa həvəs göstərir. Ancaq Baydenin qarşısında iki güc var - ABŞ-dakı sağ mühafizəkar dairələr və Vaşinqtonun strateji müttəfiqi olan İsrail İranla istənilən razılaşmanın imzalanmasının əleyhinədirlər. Çünki, Tehran nüvə anlaşması imzaladıqdan sonra uranın zənginləşdirməsindən imtina edə bilər, ancaq bölgədəki terrorçu qrupları maliyələşdirməkdən və silahlandırmaqdan imtina etməyəcək. Bu isə ABŞ-ın bölgədəki müttəfiqlərinə, o cümlədən İsrailə təhdid yaradır".

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}