Ədalət Abdinov: "Dünya sürətlə çoxqütblüyə doğru gedir"
Tarix: 19-06-2023 13:14 | Bölmə: Siyasət
Ədalət Abdinov: "Dünya sürətlə çoxqütblüyə doğru gedir"

"Son 30 ildə dünyada bir qlobal hakim gücün olduğu sistem - ABŞ-ın timsalında təkqütblü dünya modeli mövcud idi. Bu qlobal güc dünyanın idarəçiliyini böyük ölçüdə öz səlahiyyətinə keçirmişdi. Siyasi, iqtisadi, hərbi, ideoloji və mədəni sistemi öz strukturlarına əsasən formalaşdırırdı. Qeyri-sabit və beynəlxalq münasibətlərdə gərginliyin artdığı indiki şəraitdə dünya sürətlə çoxqütblüyə doğru gedir. Elə XX əsrdə qeydə alınan Vaşinqton və kollektiv Qərb üçün normal güc bölgüsünün pozulması yeni çoxqütblü dünyaya işarə edir".

Reyting.az
xəbər verir ki, bu fikirlərin müəllifi Azərbaycan Kommunist Partiyasının rəhbəri Ədalət Abdinovdur.

Ə. Abdinov bildirib ki, hazırda ABŞ-a etiraz edən bir çox yeni ittifaqlar yaradılır: "Məsələn, İran Səudiyyə Ərəbistanına yaxınlaşır, Ər-Riyad isə öz növbəsində ABŞ-dan uzaqlaşır.

Qərb tərəfindən bloklanan Rusiya boyda böyük resurs bazarı Şərqə yönəlib və qlobal siyasi-iqtisadi düzəndə dəyişikliklər baş verib.

Bundan başqa, Türkiyə NATO üzvü olduğu üçün Alyansın Rusiya ilə bağlı siyasətini qəbul etmir.

Braziliya dünya ticarətində dolların rolunu azaltmağa çağırır və inkişaf etməkdə olan dünyanın aparıcı ölkələri BRİKS-ə qoşulmaq istəyir”.

Partiya rəhbərinin fikrincə, artıq 30 illik təkqütblü dünyanın pərdəsi cırılıb. “ABŞ mövcud tendensiyaya təsir göstərə bilməyəcək. Bununla belə, onlar işləri yavaşlatmağa çalışacaqlar", - deyə Ə. Abdinov əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}