Lukaşenko: “KTMT ölkələri həmişə bir-birini qınayacaq”
Tarix: 20-06-2023 14:04 | Bölmə: Siyasət
Lukaşenko: “KTMT ölkələri həmişə bir-birini qınayacaq”

Bu gün Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirləri ilə görüşündə problemlərdən qaçmağa deyil, nə qədər çətin olsa da, onları həll etməyə çağırıb.

Reyting.az
-ın xəbərinə görə, Lukaşenko deyib ki, indi sülhün qorunması üçün qüvvələrin, təcrübənin və resursların maksimum səfərbər olunmasına ehtiyac var.

KTMT-nin fəaliyyətini qiymətləndirən Lukaşenko qeyd edib ki, təşkilat bəzən konkret problemləri həll etmədiyi üçün haqlı tənqid olunur.

“Qırğızıstan uzun müddətdir ki, Tacikistanla münaqişənin həllində kömək istəyir. Ermənistan tərəfindən haqlı iddialar irəli sürülür. Əgər biz bu problemləri həll etməsək, KTMT ölkələri həmişə bir-birini qınayacaq. Biz KTMT ölkələrinin problemlərinə dalmalıyıq”, - Lukaşenko bildirib.

Belarus prezidenti əlavə edib ki, problemlər var, vəzifələr var, nə qədər çətin olsa da, onları həll etmək lazımdır: “Biz isə bəzən onları mürəkkəbliyinə görə həll etmək istəmirik. Əgər Qərbdən olan “dost-məsləhətçilərimiz” bu problemlərin həllinə qarışsa, onda nəsə etmək daha çətin olacaq”.

Lukaşenko diqqətə çatdırıb ki, dünyadakı mövcud vəziyyət KTMT ölkələrinin bir yerdə olmasına şübhə yeri qoymur.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}