Azərbaycan Putinin hər iki uğurunu heçə endirməlidir - Politoloq
Tarix: 20-06-2023 16:41 | Bölmə: Siyasət
Azərbaycan Putinin hər iki uğurunu heçə endirməlidir

"Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsini araşdıran komissiyanın iclasında deyib ki, 44 günlük müharibə zamanı Rusiya prezidenti Vladimir Putinlə 60 dəfə (?!) telefonla danışıb. Bir sıra hallarda danışıqların təşəbbüskarı Kreml sahibi olub. Bu rəqəmin göstərir ki, Rusiya prezidenti Azərbaycan Ordusunun uğurla irəliləməsinin qarşısını almağa çalışıb. O, Qarabağda separatizm ocağının tam ortadan qaldırılmaması üçün Paşinyana təsir göstərib ki, o, Azərbaycanın ilkin şərtlərini qəbul etsin".

Reyting.az
-a xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

E. Şahinoğlunun sözlərinə görə, V. Putinin bu telefon danışıqlarında digər məqsədi bölgədə “sülhpərvər” adı ilə Rusiya ordusunu yerləşdirmək olub.

"Putin Cənubi Qafqazda müharibəni həm də ona görə dayandırmağa çalışıb ki, başqa dövlətlər Rusiyanı bölgədən sıxışdırmağa nail olmasınlar. Putin birinci məqsədinə nail olur, Qarabağ separatçıları ağır zərbələr alsa da, varlıqlarını tam itirmədilər. Putin ikinci məqsədinə də nail olur, Rusiya hərbçiləri bölgədə yerləşdirilir. Putin üçüncü məqsədinə nail olmur, başda Türkiyə olmaqla, Avropa İttifaqı və ABŞ Cənubi Qafqazda varlıqlarını göstərirlər”,- deyən politoloq əlavə edib ki, Azərbaycan 2 ildən sonra Rusiya hərbi kontingentini bölgədən çıxarmaq, o cümlədən separatçıların tərksilahına nail olmaqla və Qarabağa tam nəzarəti ələ almaqla Kreml sahibinin müharibə dönəmində əldə etdiyi hər iki uğuru heçə endirməlidir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}