Makron Putinin dəvət olunduğu sammitdə iştirak etmək istəyir
Tarix: 20-06-2023 17:52 | Bölmə: Siyasət
Makron Putinin dəvət olunduğu sammitdə iştirak etmək istəyir

Fransa prezidenti Emmanuel Makron Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın daxil olduğu BRİKS-in avqust sammitində iştirak etmək istəyir. Fransanın Xarici işlər naziri Ketrin Kolonna Emmanuel Makronun sammitə dəvət olunmaq istədiyini təsdiqləyib.

Reyting.az
xəbər verir ki, bu barədə Fransanın RFI teleradio şirkəti məlumat yayıb.

Kolonna deyib ki, Fransa prezidenti BRİKS sammitinə dəvət olunan ilk Qərb lideri olmaq istəyir.

Qeyd edək ki, Ukraynaya genişmiqyaslı müdaxiləyə baxmayaraq, Moskvanın yanında qalan Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın növbəti BRİKS sammiti avqustun 22-24-də Yohannesburqda keçiriləcək.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}