Hakan Fidan Entoni Blinkenlə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib
Tarix: 21-06-2023 23:08 | Bölmə: Siyasət
Hakan Fidan Entoni Blinkenlə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken Londonda görüşüblər.

Türkiyə mətbuatı xəbər verir ki, Ukraynanın Bərpası Konfransı çərçivəsində bir araya gələn H. Fidan və E. Blinkenin müzakirə etdiyi məsələlər arasında Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması da olub.

Görüşdə Ukraynadakı vəziyyət, NATO-nun genişlənməsi və ikitərəfli əlaqələr də müzakirə mövzusu olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}