Azərbaycanın yeni səfiri etimadnaməsini Zelenskiyə təqdim edib
Tarix: 22-06-2023 00:45 | Bölmə: Siyasət
Azərbaycanın yeni səfiri etimadnaməsini Zelenskiyə təqdim edib

Azərbaycanın Ukraynada yeni təyin olunmuş səfiri Seymur Mərdəliyev etimadnaməsini prezident Vladimir Zelenskiyə təqdim edib.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna prezidenti “Tvitter” hesabında bildirib.

Prezident qeyd edib: “Ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfirləri təbrik edirəm. Biz birlikdə qaydalara əsaslanan beynəlxalq nizamı gücləndiririk və həyatı qoruyuruq”.

Azərbaycanla yanaşı Norveç, İsveçrə, Pakistan və İslandiyanın səfirləri də etimadnamələrini Zelenskiyə təqdim ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}