ABŞ bombardmançıları Rusiya ilə sərhədə enib
Tarix: 22-06-2023 11:20 | Bölmə: Siyasət
ABŞ bombardmançıları Rusiya ilə sərhədə enib

ABŞ-ın bombardmançı təyyarələri ilk dəfə NATO-ya üzv olmağa hazırlaşan və Rusiya ilə sərhədləri olan İsveçə eniş edib.

Reyting.az
xəbər verir ki, ABŞ ordusu bazar ertəsi günü iki Amerika “B-1B” tipli bombardmançı təyyarəsinin İsveçin şimalındakı Lulea-Kallax hava limanına eniş etdiyini açıqlayıb.

“Biz Bombardman Əməliyyat Qrupu ilə həm hava qüvvələri, həm də ordu olaraq birgə təlim keçiririk”,- Hərbi Hava Qüvvələrinin sözçüsü Luiza Levin bildirib.

L. Levin təlimlərin nə qədər davam edəcəyini açıqlamayıb.

NATO-ya üzvlük üçün Türkiyə və Macarıstandan təsdiq gözləyən İsveç bu ayın əvvəlində alyansın üzvü olmasa da, öz ərazisində NATO əsgər və texnikasını yerləşdirməyə hazır olduğunu açıqlayıb. Digər tərəfdən, İsveç Xarici işlər naziri Tobias Billström dünən NATO-ya üzvlük üçün lazım olan öhdəlikləri bir daha yerinə yetirdiklərini və Türkiyənin təsdiqini gözlədiklərini bildirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}