Professor: “Hərəsi bir tərəfdən “bütün torpaqlar bizimdir”,- deyir”
Tarix: 22-06-2023 16:56 | Bölmə: Siyasət
Professor: “Hərəsi bir tərəfdən “bütün torpaqlar bizimdir”,- deyir”

Güneydəki soydaşlarımızdan bəziləri hərdən “Azərbaycan da, Ermənistan da İran torpağıdır”,- kimi əsassız fikirlər səsləndirirlər.

Reyting.az
xəbər verir ki, bunu professor Xaləddin İbrahimli deyib.

Professor belə soydaşlarımızın olduğunu, amma indiyə qədər qarşısına belə şəxslərin çıxmadığına işarə edib: “Bu adamlardan qarşınıza çıxan olanda anladın ki, Azərbaycan da, Ermənistan da 1918-ci ildə yaranıb, İran adlı dövlət isə 1936-cı ildə yaradılıb. Başqa sözlə, 1918-ci ildə yaranan dövlət heç bir halda 1936-cı ildə yaradılan dövlətin ərazisi ola bilməz”.

X. İbrahimli daha sonra tarixi gerçəkliklərin mənzərəsini təsvir edib. Onun sözlərinə görə, tarixi gerçəklik belədir ki, indiki İran torpaqları, eləcə də Azərbaycan və Ermənistan dövlətlərinin əraziləri türk dövlətləri olan Səlcuqlunun, Qaraqoyunlunun, Ağqoyunlunun, Səfəvilərin və Qacarların tarixi torpaqları olub. Farslar da ermənilər kimi bu dövlətlərə aid torpaqların bir hissəsində rahat yaşayıblar. İndi isə hərəsi bir tərəfdən “bütün torpaqlar bizimdir”,- deyir.

ELÇİN





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}