Antonov: “Senatorlar vəziyyətin daha təhlükəli xəttə sürüşmə riskini artırır”
Tarix: 23-06-2023 10:05 | Bölmə: Siyasət
Antonov: “Senatorlar vəziyyətin daha təhlükəli xəttə sürüşmə riskini artırır”

“ABŞ senatorlarının Rusiyanın Ukraynada taktiki nüvə silahından istifadə etməsi ehtimalı ilə bağlı spekulyasiyaları gərginliyin artmasına kömək edir”. Reyting.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, belə bir ittihamla Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov çıxış edib.

Diplomat ABŞ senatorlarının Rusiyanın Ukraynada mümkün taktiki nüvə silahından istifadəsini NATO-ya hücumla eyniləşdirmək çağırışını şərh edərkən deyib ki, ölkəsinin taktiki nüvə silahından istifadə ehtimalı ilə bağlı fərziyyələr absurddur: “ABŞ qanunvericilərinin təxribatçı və uzaqgörən bəyanatları yalnız gərginliyin artmasına kömək edir və vəziyyətin daha təhlükəli xəttə sürüşmə riskini artırır”.

Antonov bu cür silahların Belarusda yerləşdirilməsinin qanuni əsaslarla baş verdiyini diqqətə çatdırıb.

Səfir qeyd edib ki, Rusiya nüvə silahlarını yerləşdirən zaman heç bir beynəlxalq öhdəliyi pozmayıb. “Amerikalıların onilliklər ərzində etdiklərini, avropalı müttəfiqlərin ərazilərinə nüvə bombaları yerləşdirdiklərini etmişik”, - deyə A. Antonov əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}