Aİ-nin nazirləri Azərbaycan və Ermənistanı müzakirə edəcək
Tarix: 23-06-2023 19:46 | Bölmə: Siyasət
Aİ-nin nazirləri Azərbaycan və Ermənistanı müzakirə edəcək

İyunun 26-da Lüksemburqda keçiriləcək Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirləri Şurasının iclasında əsas mövzusu Rusiyanın Ukraynaya qarşı müharibəsi olacaq. Reyting.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

İclasın gündəliyi ilə bağlı bəyanatda deyilir ki, Xarici İşlər Nazirləri Şurası Rusiyanın Ukraynaya təcavüzünü müzakirə etmək üçün Lüksemburqda toplanacaq.

Daha sonra Aİ nazirləri Aİ ilə Latın Amerikası və Karib hövzəsi ölkələri arasında münasibətlərə dair fikir mübadiləsi aparacaq, həmçinin rəqəmsal diplomatiya ilə bağlı debatlar təşkil ediləcək və bu məsələ ilə bağlı nəticələr qəbul edəcəyi gözlənilir.

Bundan əlavə, Aİ Şurası Tunis, Ermənistan və Azərbaycan, həmçinin Belqrad və Priştina arasında dialoqu müzakirə edəcək.

Xatırladaq ki, cümə günü Avropa İttifaqı Şurası Rusiyaya qarşı 11-ci iqtisadi və şəxsi sanksiyalar paketini təsdiqləyib, onun əsas məqsədi əvvəllər tətbiq edilmiş məhdudiyyətləri gücləndirmək və sanksiyalardan yayınma ilə mübarizədir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər