Rus ordusunun əsgərləri Priqojinin tərəfinə keçir
Tarix: 24-06-2023 09:04 | Bölmə: Siyasət
Rus ordusunun əsgərləri Priqojinin tərəfinə keçir

Rusiya Federasiyasında artıq onlarla təhlükəsizlik işçisi ölkənin hərbi rəhbərliyinə qarşı üsyan qaldıran “Vaqner” özəl hərbi şirkətinin üzvlərini dəstəkləyib. Reyting.az xəbər verir ki, bunu Rusiyanın hərbi rəhbərliyinə qarşı qiyama başlayan “Vaqner” muzdlu döyüşçülərinin başçısı Yevgeni Priqojin bildirib.

Y. Priqojin deyib ki, artıq 60-70 asayiş keşikçisi “Vaqner” tərəfinə keçib. Onun sözlərinə görə, Rusiya ordusunun yarısı “Vaqneri” dəstəkləməyə hazırdır.

“Hərbi rəhbərliyin döyüşçülərə yalan məlumat verdiyi yerlərdə döyüşlər gedir və buna görə də atışmalar baş verir. Əsgərlər bizi - Milli Qvardiya və polislə qarşılayan yerdə sevinclə əllərini yelləyirlər. Çoxları deyir ki, sizinlə hərəkət etmək istəyirik. Artıq 60-70 nəfər bizə qoşulub. Baxmayaraq ki, biz bir az yol qət etmişik...”,- deyə Priqojin bildirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər