"Vaqner" nüvə silahı olan anbarları ələ keçirməyə hazırlaşır
Tarix: 24-06-2023 18:44 | Bölmə: Siyasət
"Vaqner" nüvə silahı olan anbarları ələ keçirməyə hazırlaşır

Moskvaya doğru hərəkət edən "Vaqner" PMC-nin muzdluları Voronej vilayətində nüvə silahı olan anbarları ələ keçirə bilərlər. Reyting.az xəbər verir ki, bu barədə xarici KİV-lər yazıb.

Mənbə bildirib ki, qiyamçı muzdlu döyüşçülər Voronej vilayətinin Borisoqlebsk şəhərinin kənarına çatıblar.

Bildirilir ki, rus hərbçiləri anbarı təkbaşına qoruya bilməyəcəklər, çünki orada çox az qüvvə və vasitə var.

"Bizə xeyli sayda tank, artilleriya və motoatıcı peşəkar piyada lazımdır. Bizə ən azı bir briqada lazımdır", - deyən mənbə diqqətə çatdırıb ki, hazırda əlavə qüvvələr əldə etməyin yeganə yolu əməliyyat ehtiyatlarını cəbhədən çıxarmaqdır.

İddia olunur ki, Voronejdəki nüvə anbarı uğrunda döyüşlər başlaya bilər və çox güman ki, bu məsələdə “Vaqner”çilərə qarşı Rusiya Hərbi Dəniz Qüvvələri mübarizə aparmalı olacaqlar.

Qeyd edək ki, iyunun 23-də axşam saatlarında Priqojinin başçılıq etdiyi “Vaqner” qrupu mərkəzi hakimiyyətə qarşı çıxaraq 25 minlik qoşunla Moskvaya doğru hərəkət edir. Onlar Rostovu problemsiz keçərərək Moskvaya doğru irəliləyirlər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər