18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Azərbaycan və Ermənistan XİN başçıları ABŞ-da görüşəcək - Yenilənib
Tarix: 26-06-2023 11:23 | Bölmə: Siyasət
Azərbaycan və Ermənistan XİN başçıları ABŞ-da görüşəcək

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton danışıqlarının tarixi dəqiqləşib.

Reyting.az
xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, iyunun 26-dan etibarən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair saziş üzrə müzakirələrin növbəti raundu başlayacaq.

Artıq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona işgüzar səfərə gedir.

Onu da qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınmışdı.

***

İyunun 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Antoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.

Reyting.az
XİN-ə istinadla xəbər verir ki, səfər çərçivəsində dövlət katibi A. Blinken ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}