İlqar Məmmədov: "Azərbaycanda partiya üzvlərinin sayı Avropa ölkələri ilə müqayisədə 6 dəfə çoxdur"
Tarix: 26-06-2023 08:41 | Bölmə: Siyasət
İlqar Məmmədov: "Azərbaycanda partiya üzvlərinin sayı Avropa ölkələri ilə müqayisədə 6 dəfə çoxdur"

"Azərbaycanda və inkişaf etmiş demokratiyalarda əhalinin neçə faizi partiya üzvüdür? Gəlin baxaq. Böyük Britaniyada seçicilərin ancaq 1,6 faizi hər hansı partiyanın üzvüdür. Fransada 3,1, Almaniyada 1.7, Niderlanda cəmi 2,8 faizi".

Reyting.az
xəbər verir ki, bunu Real Partiyasının sədri İlqar Məmmədov deyib.

İ. Məmmədovun sözlərinə görə, Azərbaycanda yeni qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanun deyir ki, hər partiyanın azı 5 min üzvü olmalıdır.

İ. Məmmədov əlavə edib ki, Yeni Azərbaycan Partiyasının 800 min üzvü var: “Tutaq ki, hazırda davam edən təkrar qeydiyyatdan daha 20 partiya keçəcək, özü də ən aşağı üzv sayı ilə. Onda ölkədə partiya üzvlərinin sayı edəcək minimum 900 min. Bu isə bərabərdir seçicilərin 14,2 faizinə. Bu isə Avropanın aparcı demokratiyalarının orta göstəricisindən 6 dəfə çoxdur".

ELÇİN




Bölməyə aid digər xəbərlər