Makron Fransanı çətin vəziyyətlə üzləşdirib
Tarix: 01-07-2023 08:08 | Bölmə: Siyasət
Makron Fransanı çətin vəziyyətlə üzləşdirib

"Xalqın təklif etdiyi islahatlarla razılaşmadığını görüb könüllü istefa verən böyük general De Qollun dövründən Fransada belə genişmiqyaslı etirazlar müşahidə olunmayıb".

Reyting.az
xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə son günlər Fransada müşahidə olunan kütləvi etiraz hərəkatını şərh edərkən bildirib.

İ. Vəlizadə qeyd edib ki, bu gün Fransaya ölkənin həyatında tarixi rol oynamış hərbçi general deyil, keçmiş bank işçisi, bürokrat psixologiyalı xırda məmur, lakin Napoleon ambisiyalı şəxs - Emannuel Makron rəhbərlik edir:

"Bu gün onun ölkəsi üçün edə biləcəyi ən yaxşı şey istefa verməkdir. Amma xırda bürokrat cəsarətli addımlar atmaqda acizdir. O, postunda qalmaq üçün hər şeyi edəcək. Çünki onun fəxr edə biləcəyi yeganə şey budur".

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}