ABŞ Ermənistanın mövqeyini aydınlaşdırmağa çalışır
Tarix: 03-07-2023 11:19 | Bölmə: Siyasət
ABŞ Ermənistanın mövqeyini aydınlaşdırmağa çalışır

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 4-də Vaşinqtona gedəcək.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı Qriqoryanın ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan və digər yüksək rütbəli rəsmilərlə görüşü nəzərdə tutulub.

Bildirilir ki, Ermənistan və ABŞ arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, bu səfərin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşündən sonra baş verməsi təsadüfi sayılmamalıdır. ABŞ bir daha Ermənistanın mövqeyini aydınlaşdırmağa, sülh üçün rəsmi İrəvanın qəti addım atmasını stimullaşdırmağa çalışır.

Y. QACAR





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}