Ermənistan Azərbaycanın bu təşkilata üzvlüyünə razılıq verməyəcək - Paşinyan
Tarix: 03-10-2018 19:53 | Bölmə: Siyasət
Ermənistan Azərbaycanın bu təşkilata üzvlüyünə razılıq verməyəcək

Ermənistan Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasına heç vaxt razılaşmayacaq.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki hökumət saatının gedişində söyləyib.

Parlamentin beynəlxalq əlaqələr üzrə komissiyasının rəhbəri, Respublika Partiyasının deputatı Armen Aşotyanın Bakının bu strukturdakı mümkün üzvlüyü ilə bağlı suala cavabında Paşinyan deyib ki, Ermənistanın bu məsələ üzrə mövqeyi çox aydındır və dəfələrlə bunu bəyan edib.

“Bu cür məsələlər konsensusla həll olunur. Təbii ki, yaranmış hərbi-siyasi vəziyyət və mövcud olan münasibətlər bu haqda danışılmasını belə mənasız edir. Çünki Ermənistan bizim yaşayış məntəqələrimizi atəşə tutan ölkəyə razılıq verməyəcək ki, hətta bizim əsas hərbi-siyasi təşkilatımızın üzvü, yaxud müşahidəçisi olsun”, - Paşinyan deyib.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər