Stoltenberq NATO-nun baş katibi vəzifəsində qalacaq
Tarix: 03-07-2023 22:50 | Bölmə: Siyasət
Stoltenberq NATO-nun baş katibi vəzifəsində qalacaq

Şimali Atlantika Alyansının üzvləri çərşənbə axşamı baş katib Yens Stoltenberqin mandatının uzadılması ilə bağlı rəsmi qərar qəbul etməlidirlər.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” agentliyi dörd NATO diplomatına istinadla məlumat yayıb.

Bildirilir ki, Alyansa üzv ölkələr keçən həftə Stoltenberqin mandatının uzadılması ilə bağlı razılığa gəlsələr də, qərarın çərşənbə axşamı keçiriləcək iclasda NATO-ya üzv ölkələrin səfirləri tərəfindən rəsmən təsdiqlənəcəyi gözlənilir.

Mətbuat daha əvvəl məlumat əldə etmişdi ki, NATO müttəfiqləri varis seçimində çətinliklər üzündən hazırkı baş katib Stoltenberqin səlahiyyət müddətini uzatmağa meyllidirlər.

Danimarkanın baş naziri Mette Frederiksen, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles və İspaniyanın baş naziri Pedro Sançes kimi Stoltenberqin potensial varislərindən heç biri NATO üzvü olan 31 ölkənin dəstəyini qazana bilməyib.

Qeyd edək ki, Norveçin keçmiş baş naziri, 64 yaşlı Stoltenberq NATO-nun baş katibi vəzifəsini 2023-cü ilin sentyabr ayının sonunda başa vurmalı idi.

Fevral ayında o, mandatının uzadılmasını tələb etməyəcəyini açıqlamışdı. Lakin NATO üzvləri varislə bağlı konsensusa gələ bilmədikdən sonra ondan razılaşmağı xahiş ediblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}