Elxan Şahinoğlu: "Müxalifət olmayan tankları necə əldə edib?”
Tarix: 04-07-2023 14:59 | Bölmə: Siyasət
Elxan Şahinoğlu: "Müxalifət olmayan tankları necə əldə edib?”
Elxan Şahinoğlu

"Gürcüstan hökuməti keçmiş prezident Mixail Saakaşvilini ölümə sürükləməklə Rusiyaya yarınmış kimi görünür. Saakaşvilinin xəstə yatağından yayımlanan şəkilləri ancaq Kremli və onun tərəfdaşlarını sevindirə bilər".

Reyting.az
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Şahinoğlunun sözlərinə görə, Gürcüstanın hakim partiyasının üzvləri bugünlərdə belə bir açıqlama da yayıblar ki, guya Yevgeniy Proqojin Moskvaya yürüşə başlasaydı, Gürcüstan müxalifəti tanklarla Abxaziyaya, Cənubi Osetiyaya və hətta Rusiyanın Soçi şəhərinə daxil olmağı planlaşdırırdı. Politoloq absurd iddia sayır:

“Birincisi, müxalifət olmayan “tankları” necə əldə edib?

İkincisi, Gürcüstan ərazi bütövlüyünü bərpa edə bilməyib, torpaqları işğal altındadır, Soçiyə hücumu hansı potensial ilə təşkil edəcəkdi?

Düşünürəm ki, bu açıqlama Kreml təbliğatçılarının işinə yarayıb”.

Şahinoğlu qeyd edib ki, Ukrayna prezidenti Zelenski Tbilisiyə etirazını Gürcüstanın ölkəsindəki səfirini geri göndərməklə bildirib. Çünki Tbilisi Zelenskinin Ukraynada dövlət vəzifəsinə təyin etdiyi şəxsə əzab verir. “Saakaşvilinin hazırkı durumu Azərbaycan cəmiyyətinin bir hissəsini də narahat edir. Çünki Saakaşvili prezident olduğu illərdə Azərbaycanla strateji əməkdaşlığa əhəmiyyət verirdi. Əlbəttə, biz, Gürcüstanın daxili işlərinə qarışmırıq, ancaq Tbilisiyə Saakaşviliyə verilən əziyyətin Azərbaycanda da narahatlıq yaratdığı siqnalları göndərilməlidir",- deyə Şahinoğlu əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}