18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
İranın xarici işlər naziri Azərbaycana gəlib - (Yenilənib)
Tarix: 04-07-2023 21:58 | Bölmə: Siyasət
İranın xarici işlər naziri Azərbaycana gəlib - (Yenilənib)

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycana səfərə yola düşüb.

Reyting.az
xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Abdullahian Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

İranlı nazirin səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramov və digər rəsmilərlə görüşü də nəzərdə tutulur.

***

İranın xarici işlər naziri Azərbaycana gəlib.

Reyting.az
xəbər verir ki, bu barədə nazir Hüseyn Əmir-Abdullahian “Tvitter”də paylaşım edib.

Nazir yazıb ki, Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Azərbaycana gəlib:

“Üzv ölkələrin müxtəlifliyinə görə, Qoşulmama Hərəkatı yeni qlobal çağırışların həlli üçün çoxtərəfliliyi və ümumi düşüncəni gücləndirmək üçün xüsusi imkanlara malikdir.
Həmçinin, bu səfər regionda qonşuluq siyasətini izləmək və inkişaf etdirmək üçün bir fürsət olacaq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}