Partiya sədri ev dustaqlığına buraxılıb
Tarix: 05-07-2023 17:54 | Bölmə: Siyasət
Partiya sədri ev dustaqlığına buraxılıb

Məhkəmə Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxıb.

Reyting.az
xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, vəsatət təmin edilib, Anar Əsədlinin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, o, ev dustaqlığına buraxılıb.

Eyni zamanda, iş üzrə çərərkən 4 nəfərdən üçünə dəymiş zərər tam, yerdə qalan bir nəfərə dəymiş zərər isə qismən ödənilib.

Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində bu ilin aprel ayında həbs qətimkan tədbiri seçilib.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}