Nazim Bəydəmirli Bakı İstintaq Təcridxanasına köçürülüb
Tarix: 06-07-2023 14:17 | Bölmə: Siyasət
Nazim Bəydəmirli Bakı İstintaq Təcridxanasına köçürülüb

Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilən sabiq deputat, tanınmış iş adamı Nazim Bəydəmirli 1 Saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Reyting.a
z-ın məlumatına görə, bu barədə Gununsesi.info-ya sabiq deputatın yaxınları bildirib.

Məlumata görə, Nazim Bəydəmirli hazırda təcridxanada karantin otağındadır.
Xatırladaq ki, DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov iyulun 4-də  KİV-ə ünvanlı açıqlamada deyib ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib: "O, cari il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}